Məhkəmə qərarları › İş №2(010)-4056/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4056/2023

27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4056/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2920 L ünvanına olan 4285 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər, onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (“Azərsu”, “Azərişıq”, Cavabdeh) hər hansı problemi olmamışdır. Lakin onun evinin qaz sayğacına Suraxanı rayon Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərək akt tərtib olunmuş, sayğaca müdaxilə olunması qeyd edilmişdir. Aktın tərtib olunmasında özünün iştirakı olmamış və göstərilən akt onun tərəfindən imzalanmamışdır. Sözügedən sayğac onun mülkiyyətində olan mənzildə yaşadığı gündən etibarən işləmiş və Cavabdeh əməkdaşları tərəfindən heç vaxt nəzarət olunmamışdır. Cavabdeh əməkdaşları onun ailəsinə məxsus abonent koduna 4285 manat cərimə yazmışlar. Hesab edir ki, yazılmış cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Ona görə ki, həmin ünvanda istehlakçı kimi Cavabdeh İB ilə arasında müqavilə bağlanan şəxs iddiaçı yox, onun qızıdır. Tərtib edilmiş akt da həmin şəxsin adına tərtib edilmişdir. Bu vəziyyətdə iddiaçı subyektiv hüququnun olmadığı iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2920 L ünvanında yerləşən bağ evinin mülkiyyətçisidir.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Məmmədova Aygünün abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri 4/2920 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

7. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evləri 4/2920 ünvanı üzrə **********02920 nömrəli abonentin saldosundan görünür ki, ünvan üzrə abonent X3r.

8. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent Məmmədova Aygünün təbii qazdan istifadə qaydalarını pozması nəticəsində Cavabdeh İB-yə xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı üzrə 35424 m3 zərər dəydiyi hesablanmışdır.

İşin faktiki halları.

9. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2920 L ünvanında yerləşən bağ evinin mülkiyyətçisidir.

10. Həmin ünvanda təbii qazdan istifadə üzrə abunəçi, iddiaçının qızı X3r.

11. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına dair (təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə) akt tərtib edilmişdir. Aktda istehlakçı kimi Aygün Məmmədovanın adı qeyd edilmişdir. Akt əsasında 35424 m3 həcmində dəymiş zərər hesablanmışdır.

Tətbiq edilən hüquq.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

18. İş materiallarından görünür ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edildiyi və bu akt əsasında itirilmiş qaza görə borc hesablandığı ünvanda yerləşən bağ evinin mülkiyyətçisi İddiaçıdur. Lakin həmin ünvan üzrə təbii qaz istehlakçısı (abonent) iddiaçı yox, onun qızı X3r. Elə bu səbəbdən ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt da abonent X2 adına tərtib edilmişdir. Buna baxmayaraq, həmin akt əsasında yazılmış borcun silinməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən ünvan üzrə abonent X5 yox, İddiaçı olmuşdur.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razılıq vermədiyindən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxaraq, iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığı nəticəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, ünvan üzrə təbii qaz istehlakçısı kimi Cavabdeh İB ilə müqavilə bağlayan, adına abonent kodu verilən şəxs kimdirsə və təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt kimin adına tərtib edilmişdirsə, bu akt əsasında yazılmış borcun silinməsini tələb etmək hüququ da həmin şəxsə məxsusdur. İddiaçının həmin ünvanda yerləşən bağ evinin mülkiyyətçisi olması ona bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq vermir. Ona görə ki, İddiaçı işin yuxarıda qeyd edilmiş halları nəzərə alındıqda həmin ünvan üzrə istehlakçı hesab edilmir. İstehlakçı olmayan şəxsin isə belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Odur ki, iddia təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar