Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4067/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1, mənzil 45-ə olan istifadə hüquqlarına 14.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 45 nömrəli mənzildə qeydiyyatda olan və hal hazıra kimi yaşayan İddiaçı və cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında qeyd edilən mənzilin qiymətləndirilməsi və tərəflər arasında bərabər şəkildə bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İlk iddia üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbindən imtina etdiyini bildirmiş və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddiadan imtina qəbul edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4067/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan əlavə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4067/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi hissəsində iddiadan imtinaları məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır. Tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, hazırkı mübahisə ilə bağlı cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır və həmin barışıq sazişin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil izahatlarında barışıq sazişinin təsdiq edilməsinə hər hansı etirazlarının olmadığını bildirdilər. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “2.1. Tərəflər öz aralarında qərara gələrək ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildə payların ½ hissədə müəyyən olunaraq bölünməsinə razılaşırlar. 2.2. Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə bu sazişi təsdiq edən məhkəmə qərardadı icra vərəqəsinin verilməsinə əsasdır. 2.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək və buna səbəb olan hər hansı davranış və ya münasibətlərə yol verilməyəcəkdir”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzilin qiymətləndirilməsi və tərəflər arasında paylara mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair ərizələri üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. “2.1. Tərəflər öz aralarında qərara gələrək ünvan 1 ünvanında yerləşən 45 saylı mənzildə payların ½ hissədə müəyyən olunaraq bölünməsinə razılaşırlar. 2.2. Bu sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə bu sazişi təsdiq edən məhkəmə qərardadı icra vərəqəsinin verilməsinə əsasdır. 2.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək və buna səbəb olan hər hansı davranış və ya münasibətlərə yol verilməyəcəkdir”. İlk iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4067/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4067/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver