Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-409/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İH-nin Qəyyumluq və Himayə Komissiyas) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İH-nin Qəyyumluq və Himayə Komissiyas) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edib, iddia ərizəsini onunla əsaslandırmışdır ki, doğma bacısı X7 14 noyabr 1979-cu ildə Bakı şəhərində doğulmuşdur. Rəsmi nikahda olduğu və hamiləliyi dövründə güclü ruhi-əsəb sarsıntısı keçirmiş bacısına “paranoid şizofreniya, şizofreniya paronoid formalı fasiləsiz gedişli, psixi qüsür halı ilə müşaiyət olunan müalicəsi mümkün olmayan tibbi diaqnoz qoyularaq o, AR Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin X1 qeydiyyata götürülmüşdür. Bacısına 1-ci qrup müddətsiz əlillik təyin edilmiş, hazırda o, ailəsi eyni mənzildə yaşayır. Bacısı xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşmədiyindən özünü sərbəst idarə edə bilmir, mənzildəki məişət əşyalarını qırır, qəflətən mənzildən çıxıb tanımadığı ünvanlara gedir. Bu səbəbdən bacısını qəyyumluğa götürmək istəyir. Ruhi xəstə olan bacısını qəyyumluğa götürməyinə ailə üzvlərinin etirazı yoxdur. Odur ki, 14 noyabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon İcra Hakimiyyətinin 25.10.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 14 noyabr 1979-cu il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasfnda sonuncu müayinə dair məlumatın verilməsi barədə arayışdan müəyyən olunur ki, 14 noyabr 1979-cu il təvəllüdlü X7 birinci dərəcəli əlildir. Şəki VVAQ burovunun 30.04.1974-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 ilə X8 arasında nikah 30.04.1974-cü ildə bağlanmışdır. Orcanikidze rayon VVADQ şöbəsi tərəfində 15.04.1983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü ildə doğulmuş və valideynləri X5 və X6r. Orcanikidze rayon VVADQ şöbəsi tərəfində 09.12.19879-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 14 noyabr 1979-cu ildə doğulmuş və valideynləri X5 və X6r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.02.2022-ci il tarixli 312 saylı rəyindən görünür ki, X4 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Ruhi X2 “Şizofreniya paranoid forma fasiləsiz gedişli, psixi qüsur halı ilə” diaqnozu ilə dispanser qeydiyyatda olması, İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, dəfələrlə eyni cümləni təkrar etməsi, maraq dairəsinin məhdudluğu, emosional- iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X4 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 14 noyabr 1979-cu il təvəllüdlü X7 Ərizəçi bacısıdır. Ərizəçinin bacısı X4 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi aşkar olunur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 14 noyabr 1979-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 noyabr 1979-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-409/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-409/2022
05.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver