Məhkəmə qərarları › İş №2(010)-409/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-409/2025

18.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-409/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi xx.xx.1955-ci il təvəllüdlü olan nənəsi X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi. Ərizəçinin tələbini əsaslandırdığı hallar Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, o, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 7, mənzil 68-də yaşayır. Anası gənc yaşlarında vəfat etdiyi üçün ana babasının himayəsində yaşamışdır. Nənəsi uzun müddətdir ki, xəstədir, onun psixoloji problemi var. Babası vəfat etdikdən sonra nənəsi X2rla birgə yaşayır. Nənəsi X8 Bakı şəhərində xx.xx.1955-ci ildə anadan olmuşdur. Nənəsinin iki qızı var, bir qızı onun anası vəfat edb, digər qızı isə Almaniya Federativ Respublikasında yaşayır. X1 ölkə xaricində yaşadığı üçün, yəni Almaniya Federativ Respublikasında yaşadığı üçün, nənəsinin üzərində qəyyumluğu öz üzərinə rəsmiləşdirilməsinə görə nənəsinin 2-ci qrup əlillik dərəcəsi olduğuna görə onun bütün hərəkətləri etməyi ərizəçiyə etibar etdiyi üçün Almaniya Federativ Respublikasından ona etibarnamə göndərmişdir. Nənəsi onun himayəsindədir. Nənəsinə özü baxır. Nənəsi X8 uzun müddətdir ki, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyi üçün özünü idarə edə bilmir. Nənəsi Bakı şəhəri 2 saylı Psixatriya Xəstəxanasında qeydiyyatdadır. Ona görə də nənəsinə qəyyum olmaq niyyətindədir. Bu barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik daimi komissiyası”na müraciət etmiş və ona şifahi olaraq bildirmişlər ki, nənəsinin üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin oluna bilər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Ərizəçi Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. İş materialları Səbail rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə doğulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15 ev 7 mənil 68 Ərizəçi adın xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən 111 nömrəli reyestr kitabının 9261 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.1955-ci ildə anadan olmuş X4 «Şizofreniya paranoid forma, dərin psixi qüsur halı» diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X8 Azərbaycan Respublikası SN-nin RPX-na xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək «F200, Şizofreniya paranoid forma» diaqnozu ilə müalicədə olmuşdur. 26 Bakı Komissarları rayon VVAQ şöbəsindən görünür ki, X7 xx.xx.1975-ci ildə doğulmuş və valideynləri X12 ilə X5. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2016-cı ildə ölmüşdür. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1976-cı il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində 402 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3 və anası X5. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2003-cü ildə ölmüşdür. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X7 ölkə xaricində yaşadığı üçün anası uzun müddətdir ki 2-ci qrup əlillik dərəcəsi olan X4 üzərində qəyyumluğun təyin edilməsi üçün bütün hərəkətləri etməyi bacısı oğlu Ərizəçi etibar etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 xx.xx.2024-cü il tarixli 3837 saylı qiyabi sənədlər üzrə məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinmişdir ki, X6 “ŞİZOFRENİYA PARANOİD FORMA. PSİXİ QÜSUR HALİ” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Tibbi- Sosial Ekspert Komissiyasında ümumi xəstəliklərlə diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “9 saylı şəhər PoliklinikasTda “Şizofreniya paranoid forma. Dərin psixi qüsur"’ diaqnozu ilə həmin xəstəxanada qeydiyyatda olması) sübut edir. X6 İvanovnada “şizofreniya paranoid forma, psixi qüsur halı”xroniki psixi xəstəliyi aşkar olunur. X6 “şizofreniya paranoid forma, psixi qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi müəyyən edilir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Z.İ.Əliyevanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. X8 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır Məhkəmənin mövqeyi Ərizəçi xx.xx.1955-ci il təvəllüdlü Əliyeva Zinaidanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Ərizəçi Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istədiyi X4 nəvəsidir. X4 övladlarından biri olan ərizəçinin anası uzun illər öncə vəfat etmiş, ərizəçi anasının atası və anası, yəni Zinaida Əliyeva ilə yaşamışdır. Zinaida Əliyevanın digər övladı Sevinc Əliyeva isə Almaniya Federativ Respublikasında yaşayır. Məhkəmə ilk növbədə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsi ilə bağlı subyektiv hüququna münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Lakin, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi istənilən X4 yeganə övladı Sevinc Əliyeva uzun illərdir ki, Almaniya Federativ Respublikasında yaşayır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi istənilən X8 isə ərizəçi ilə birgə yaşayır. Məhkəmə həmçinin müəyyən edir ki, X4 yeganə övladı Sevinc Əliyeva ölkə xaricində yaşadığı üçün uzun müddətdir ki, 2-ci qrup əlillik dərəcəsi olan anası X4 üzərində qəyyumun təyin edilməsi üçün bütün hərəkətləri etməyi bacısı oğlu Ərizəçi etibar etmişdir. Göründüyü kimi, məhkəmə müəyyən edir ki, hazırki iş üzrə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Zinaida Əliyevanın yeganə yaxın qohumu olan övladı Sevinc Əliyevanın anasının qəyyumu təyin edilmək niyyəti yoxdur, eləcə də o bu funksiyanı bacısı oğlu olan Ərizəçi həvalə etmək istəyir. Məhkəmə həmçinin onu da qeyd edir ki, ərizəçi nənəsi Zinaida Əliyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini gələcəkdə onun qəyyumu təyin oluna bilmək üçün istəyir. Qəyyumluq və Himayəçilik Komissiyasını fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Qəyyumluq və Himayəçilik orqanları haqqında Əsasnamədə şəxsin üzərində qəyyum təyin oluna bilən şəxslərin dairəsi yaxın qohumlarla məhdudlaşdırılmayıb. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Zinaida Əliyeva üzərində qəyyum təyin edilmək üçün sonuncunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ərizəçinin tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini psixi qüsurun mövcudluğu, şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar, psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş- bacı və s.) olması faktı və.s hallar təşkil edir. Mötəbər sübut kimi isə, məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmənin gəldiyi nəticə Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar