Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-410/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi , Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Gözəlov Aslan Əlislam oğlunun Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Gözəlov Aslan Əlislam oğlu Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 0,3172 ha sahədən ibarət olan 59 saylı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsi üzərində tikilmiş dövrlərdə heyvandarlıqla məşğul olmağın (heyvan saxlamağın) və torpaq sahəsi üzərində əkinçiliklə məşgul olmağın (bitki əkib becərməyin) Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi X2 İddiaçı 17 may 2021-ci il tarixdə vəfat etdiyini bildirirərk iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Gözəlov Aslan Əlislam oğlunun Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbi barədə mülki işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X3 17.05.2021-ci ildə “qanaxma vəya infarkt olma” xəstəliyi səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Gözəlov Aslan Əlislam oğlunun Cavabdeh qarşı “torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-410/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-410/2021
02.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver