Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4104/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə bağlanmış 24 dekabr 2019-cu il tarixli UNİ-3044 saylı daxili lizinq müqaviləsinin ləğvi, cavabdehdən 24 dekabr 2019-cu il tarixli UNİ-3044 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2020-ci il tarixə 469.43 manat gecikdirilmiş əsas, 211.9 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 280.88 manat dəbbə pulu, 1550 manat lizinq obyektinə dəymiş zərər, cəmi 2512.21 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin lizinq obyekti olan avtomobilə dəymiş ziyanla bağlı hissəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək lizinq obyekti olan avtomobilə 1555 manat dəymiş zərərin tutulmasını xahiş etdi. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X2 arasında bağlanmış 24 dekar 2019-cu il tarixli UNİ-3044 saylı Daxili lizinq müqaviləsinə əsasən X1 müvəqqəti sahiblik və istifadəsinə İddiaçıASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı NAAU01FE4FT100001 ban, 65937 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili Lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X2 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340.48 manat, ümumilikdə isə 12258 maat məbləğində pulu İddiaçıASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 12258 manatın 9550 manatı əsas məbləğ təşkil edir. 06 fevral 2020-ci il tarixdə X2, Cavabdeh və İddiaçıASC UNİ-3044 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 24 dekabr 2019-cu il tarixli UNİ-3044 saylı “Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Runna” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 noyabr 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1555 manat ziyan dəymişdir. Cavabdeh lizinq şirkətinə sonuncu ödənişi 30 sentyabr 2020-ci il tarixdə 1325 manat məbləğində olmuşdur. Eyni zamanda, cavabdehin 24 dekabr 2019-cu il UNİ- 3044 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2020-ci il tarixə 469.43 manat gecikdirilmiş əsas, 211.9 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 280.88 manat dəbbə pulu, cəmi 962.21 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməminin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - 24.12.2019-cu il tarixli, UNİ-3044 nömrəli X3 Müqaviləsindən görünür ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan X4 arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 9550 AZN təşkil edir. Ödənilən 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətinə illik 17% həcmində mükafat məbləği hesablanır. - 24.12.2019- cu il tarixli, UNİ-3044 nömrəli X3 Müqaviləsinə 1 saylı əlavədən görünür ki, lizinqə verilən əmlak 9550 manat dəyərində “RUNNA” markalı minik maşını olmuşdur. -06.02.2020-ci il tarixli, UNİ-3044 saylı, Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, öhdəlikləri ötürən X2 cu il tarixli, 24.12.2019-cu il tarixli, UNİ-3044 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini öhdəlikləri qəbul edən Cavabdeh ötürmüşdür. 06.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X2 istifadəsində olan və "xxxx" ASC-nin mülkiyyətində olan RUNNA markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. 30.11.2020-ci il tarixli Aktdan görünür ki, lizinq predmeti olan avtomobil 30 noyabr 2020-ci ildə cavabdeh tərəfindən iddiaçıya təhfil verilib, təhfil verilən zaman maşının işlək vəziyyətdə olmaması, maşının evakuatorla gətirildiyi qeyd edilib. Akti cavabdeh və iddiaçının nümayəndəsi imzalamışdır. -Azərmaş MMC servis tərəfindən tərtib eidlmiş qüsur aktından görünür ki, RUNNA minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 1555 manat qiymətləndirilmişdir. -Maliyyə arayışından görünür ki, Cavabdeh Məmədhəsən oğlunun 30.11.2020-ci il tarixə gecikdirilmiş əsas borcu 469.43 manat, mükafat borcu 211.9 manat, cərimə borcu 280.88 manat, zərər 1555 manat, cəmi 2517.21 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh onu qəbul etməkdən imtina etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə üçüncü şəxs arasında lizinq müqaviləsi bağlanmış, sonradan məhim müqavilə üzrə öhdəliklər cavabdehə ötürülmüşdür. Həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermişdir. İş materialları ilə müəyyən edilir ki, avtomobil qəzalı vəziyyətdə iddiaçıya qaytarılmışdır. İddia tələbinin lizinq ödənişlərinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır . Tələb edilən cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, cərimə məbləği ümumi lizinq borcuna adekvat deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 288.88 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 10 manata endirilməlidir. İddianın ziyan tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın əvəzi kimi 1555 manatı cavabdehdən geri tələb etmək hüququ vardır. Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir və ona real zərər şəklində ziyan dəymişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. " Unı̇ on Lı̇ zı̇ nq Açiq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli UNİ-3044 sayli "Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh 24 dekabr 2019-cu il tarixli UNİ-3044 sayli "Daxili lizinq" müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2020-ci il tarixinə 469,43 manat gecikdirilmiş əsas borc, 211,9 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10 manat cərimə, eləcə də lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi 1555 manat olmaqla, cəmi 2246,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Unı̇ on Lı̇ zı̇ nq Açiq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4104/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4104/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver