Məhkəmə qərarları › İş №2(010)-4118/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4118/2020

30.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4118/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 d ünvanında yerləşən Tir köşkünə əsassız hesablanmış su pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanda yaşayır. Dövlət tərəfindən ona Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində Tir 12 nömrəli köşk verilmişdir. Həmin qeyd edilən Tir 12 nömrəli köşkə cavabdeh tərəfindən əsassız olaraq 2192 manat məbləğində borc hesablanmış və ona bu barədə hesab faktura təqdim edilmişdir. Həmin hesab fakturada İddiaçı məxsus Tir köşkündə d20 mm-lik xətt vasitəsi ilə suyun sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu qeyd edilən cərimə aktı tərtib olunmuşdur. Cavabdehdən ona hansı əsasla borcun hesablanmasını soruşduqda isə ona əsaslı cavab verilməmişdir. İddiaçı qeyd edir ki, o, həmişə işlətdiyi suyun pulunu ödəmiş və cavabdehə borclu qalmamışdır. O, borcla bağlı Cavabdeh ASC-yə müraciət edərkən ona Cavabdeh ASC-nin əməkdaşları bildirmişlər ki, onun işlətdiyi Tir köşkünə gələn xətdən kənar xətt çəkilmişdir. O, suyun Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən dövlətə aid olan yaşıllığın suvarılmasına aid çəkilmiş suyun olduğunu bildirmişdir. Belə olan halda cavabdeh tərəfindən hesablanmış borc məbləğinin əsassız olduğu və həmin məbləğin silinməli olduğunu bildirərək ona aid sayğacı dondurmuşlar. Hal-hazırda həmin sayğacdan istifadə edə bilmir və bu əsasla iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində Tir 12 nömrəli köşkə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı qanunsuz olaraq saygacdan kənar xəttdən istifadə etmişdir. Bununla bağlı olaraq video çəkiliş aparılmış və akt tərtib olunmuşdur. Həmin akt əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcmi müəyyən edilmiş və itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin Cavabdeh ASC-yə qarşı qaldırılması əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün 021232 nömrəli xx.xx.2012-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisi B.S.Rəsulov, İddiaçı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə qaydaları”na uyğun olaraq müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 007373 saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1d ünvanında yerləşən Tir köşkündə d20 mm-lik xətt vasitəsi ilə suyun sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar olundu. Aşkar olunmuş kənar xətt kəsilərək ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanır. Həmin əlavənin 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüququdur. Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçıya məxsus köşkdə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edilmiş və bu səbəbdən də abonentə borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Tir 12 nömrəli köşkdə sayğacdan kənar sudan qeyri-qanuni istifadə olunduğunu üçün cavabdehin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli, 007373 saylı aktı tərtib olunmuşdur. İddiaçı saygacdan kənar xəttdən ağacların suvarılması üçün istifadə olunmasını və həmin xəttin onun tərəfindən deyil, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən çəkilməsini və istifadə edilməsini iddia etsə də, bununla bağlı olaraq heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar