Məhkəmə qərarları › İş №2(010)-413/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-413/2023

28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-413/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X31 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamə üzrə şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi

1. İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamə üzrə şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 24 yanvar 1996-cı il tarixdə ona və oğlu X1* vəsiyyət etdiyi vəsiyyətnamənin ona aid olan hissəsi üzrə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisi 27.*2.2*23-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, həmin ünvanda yaşamış və valideynlərinin qulluğunda daim olmuşdur. Atası ona və qardaşına vəfat etdikdən sonra evsiz qalmamaqları üçün vəsiyyətnamə vermişdi. Bacıları ailə qurmuşdu, o isə ailə qursa da, həmin evdə qaldığı üçün atası 1996-cı ildə vəsiyyət etmişdi. 2*13-cü ildə anası, 2*15-ci ildə atası, sonra isə vəsiyyətnamə verilmiş qardaşım vəfat etmişdir. Atası vəfat etdikdən sonra nə o, nə də bacı-qardaşı qanunları bilmədikləri üçün notariusa müraciət etməmişlər. Sonradan bacısı müraciət edərək payını tələb etmiş və 1-ci instansiya məhkəməsində qanun üzrə bölgü aparılmış, 1/35 hissə 3 bacısına verilmişdir. Atasının vəsiyyətnaməsi isə qardaşıgildə qalmış və onlar da aradakı divarı sökərək mənzilə daxil olmuşlar. Vəsiyyətnaməni də qardaşının yoldaşı götürmüşdür. 1-ci instansiya məhkəməsi gecikmə olsa da bölgü aparılması barədə qərar qəbul etmişdir. Qardaşının yoldaşı, 2-ci dərəcəli varis bu bölgüdən narazı olaraq tam pay istəmiş və qətnamədən şikayət vermiş, Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. O, notariusa müraciət edib vəsiyyətnamə almaq istədiyini bildirmiş, vərəsəlik düşməsə də, vəsiyyətnamə üzrə vərəsə olduğunu bildirmişdir. Lakin notarius Apellyasiya Məhkəməsinin qətnaməsini əsas götürərək, ona payın düşmədiyini bildirmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

4. 24 yanvar 1996-cı il tarixli vəsiyyətnamədən görünür ki, X11 özünə məxsus olan ünvan 1 ünvanını İddiaçı və X1* vəsiyyət etmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 125*84* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ əsasında 2/7 hissədə X4 adına *9.*3.2*18-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 425 nömrəli reyestr kitabının 39828 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Bakı şəhəri 1* saylı Notariat Ofisinin *2 iyul, *9 iyul, 16 avqust 2*22-ci il tarixli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsinə minmiş *6.12.2*18-cı il tarixli qətnaməsi ilə İddiaçı miras əmlaka nə qanun, nə də vəsiyyət üzrə vərəsə kimi tanınmamışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 25.*7.2*22-ci il tarixli qətnaməsi ilə İddiaçı Nurəddın qızının iddiası təmin edilməmişdir. Ona görə də miras əmlaka onun adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *7 sentyabr 2*17-ci il tarixdə verilmiş 145*/12 №-li ölümün qeydə alınması haqqında arayışdan görünür ki, X11 14 yanvar 2*15-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 yanvar 2*15-ci ildə 54 saylı akt qeydi tərtib olunmuşdur.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *7 sentyabr 2*17-ci il tarixdə verilmiş 1451/12 №-li ölümün qeydə alınması haqqında arayışdan görünür ki, X22 25 avqust 2*13-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 avqust 2*13-cü ildə 54 saylı akt qeydi tərtib olunmuşdur.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2*17-ci il tarixdə verilmiş 1874/12 №-li ölümün qeydə alınması haqqında arayışdan görünür ki, X15 *6 sentyabr 2*16-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *6 sentyabr 2*16-cı ildə 391 saylı akt qeydi tərtib olunmuşdur. 1*. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(*1*)-3447/2*18 nömərli iş üzrə qəbul etdiyi 17 iyul 2*18-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X1 ilk iddia üzrə cavabdehlər İddiaçı, X6, X12, X13, X14, X16, maraqlı şəxs Bakı şəhəri 1* saylı notariat kontoruna qarşı “buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair ilk iddia, habelə qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X5, X7 qarşılıqlı iddia üzrə cavabdeh X2, maraqlı şəxs Bakı şəhəri 1* saylı notariat kontoruna qarşı “buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin olunmuş, X3 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında aşağıdakı qaydada bölüşdürülsün: 1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X5 1/35 (otuz beşdə bir) hissədə, Şiriyeva Nurəddin qızının 1/35 (otuz beşdə bir) hissədə və X1 1/35 (otuz beşdə bir) hissədə mirasda məcburi pay hüquqları müəyyən edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə İddiaçı 1/1* (onda bir) hissədə, X8 1/1* (onda bir) hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilməsi, vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsinin Bakı şəhəri 1* saylı notariat kontoruna həvalə edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-11839/2*18 nömərli iş üzrə qəbul etdiyi *6 dekabr 2*18-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X18, X19 və X2* tərəfindən verilmiş apeilyasiya şikayətlərinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2*18-ci il tarixli qətnaməsinin qismən, yəni ilk və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilməsi, ilk iddia üzrə iddiaçı X1, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X5 və X9 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələblərinin təmin olunmuş hissədə rədd edilməsi qət edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-11839/2*18 nömərli iş üzrə qəbul etdiyi *5 avqust 2*22-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)- 11839/2*18 nömərli iş üzrə qəbul etdiyi *6 dekabr 2*18-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdeh İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(*1*)-1167/2*22 nömərli iş üzrə qəbul etdiyi 25 aprel 2*22-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X13 qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.

İşin faktiki halları

14. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 8 saylı ev mərhum X3 miras qalmış, iddiaçının həmin miras kütləsində həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə vərəsə payı olmuş, iddiaçı qanunla müəyyən edilmiş müddətlərdə miras payı nə rəsmi, nə də faktiki olaraq qəbul etməmiş, mirasın qəbulu üçün müəyyən edilmiş müddət keçdikdən sonra əvvəlcə qanun üzrə, sonra isə vəsiyyətnamə üzrə vərəsə kimi tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh və işə daha əvvəl baxan məhkəmə qanun üzrə vərəsə kimi tanınma barədə iddiasını rədd etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

18. Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3* oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 6 iyun 2*14-cü il tarixli qərarında qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

19. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 2*. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2**3-cü il tarixli Qərar).

21. İddiaçı hesab edir ki, hazırkı mübahisənin tərəfləri əvvəlki məhkəmə çəkişməsi üzrə tərəflərlə eyni olsa da, əvvəlkindən fərqli olaraq hazırkı icraatda mirasın qanun üzrə deyil, vəsiyyətnamə üzrə qəbulundan və bu halda ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı mübahisəyə baxılır. Məhkəmə hesab edir ki, qanunvericilik mirasın qəbulu əsaslarını fərqləndirsə də (qanun və vəsiyyət üzrə qəbul), mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlə bağlı bu iki əsas arasında fərq qoymur, hər ikisi üzrə eyni müddət müəyyən edir. Eyni zamanda, hər iki əsas üzrə mirasın həm rəsmi qaydada müraciətin, həm də onun faktiki qaydada qəbulunun mirasın qəbul edilməsi faktı kimi tanınması müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-11839/2*18 nömərli iş üzrə qəbul etdiyi *6 dekabr 2*18ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh digər şəxslərlə birlikdə məhkəmə işi üzrə qarşı tərəflər qismində iştirak ediblər. Həmin məhkəmə məhz hazırkı mübahisə üzrə miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələblərinə baxmış və bu qənaətə gəlmişdir ki, İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərə görə ötürməsini sübut edə bilməmiş və bu səbəbdən iddia tələbini təmin etməmişdir. Preyudisiya prinsipinə görə məhkəmə həmin halları yenidən araşdırmaq və onlara qiymət vermək səlahiyyətinə malik deyil.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

24. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar