Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4153/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X5 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə dair pasportun və X6 adına verilmiş Suraxanı rayon Kirov qəsəbə soveti tərəfindən verilmiş 485789 saylı ölüm haqqında şəhadətnamənin mərhum X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 nənəsidir və o, 08.09.1991-ci il tarixdə ateresklerotik kardiosklerozdan vəfat etmişdir. Nənəsindən ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Miras əmlakın qəbulu ilə bağlı ərazi üzrə notariat kontoruna müraciət edilmiş, notarius isə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət ünvanlayaraq evə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 11.06.2021-ci il tarixli, **********25 saylı imtina vermiş və imtinada bildirilmişdir ki, qeyd edilən sənədlərdə ata adında uyğunsuzluq olduğundan müraciətin cavablandırılması mümkün deyil. Müvafiq sənədlərdəki qeydlər belədir: 1. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda – X1; 2. Suraxanı rayon Kirov qəsəbə soveti tərəfindən verilmiş 485789 saylı ölüm haqqında şəhadətnamə X2. Bütün bu qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X5 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə dair pasportun, X8 verilmiş Suraxanı rayonu, Kirov qəsəbə soveti tərəfindən verilmiş 485789 saylı ölüm haqqında şəhadətnamənin mərhum X7 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bir daha bildirir ki, qeyd edilən hüquqi əhəmiyyəti olan faktın tanınması ona atasından miras qalmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və vərəsəlik işi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə verərək əvvəlki ərizəsini dəqiqləşdirib, məhkəmədən yalnız X5 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə dair pasportun X8 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Kirov qəsəbə soveti tərəfindən 11.09.1991-ci il tarixdə verilmiş İİİ-JQ nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 08.09.1991-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.09.1991-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 3 ünvanı üzrə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasport X11 adına verilmişdir. Bakı şəhəri Orconikidze rayon VVADQ Şöbəsi tərəfindən 27.09.1957-ci il tarixdə verilmiş 1-İE 277347 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 (atası X10, anası X12) 19.07.1941-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24.07.1941ci il tarixdə 875 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.08.2021-ci il tarixdə verilmiş AZ-İV 606216 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 (atası X9, anası X12) 28.09.1947-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.10.1947ci il tarixdə 1111 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.02.2021-ci il tarixdə verilmiş, AZ-İİ 153443 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 13.02.1961-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.02.1961-ci il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 22.09.2020-ci il tarixdə verilmiş, AZ-İİ 118298 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 16.09.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.09.2020-ci il tarixdə 731 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.04.2021-ci il tarixdə verilmiş 648 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 ünvanında mərhum nənəsi X12 ilə (11.09.1991-ci il tarixli, İİİ-JQ 485789 nömrəli ölüm haqqında şəhadətnamə) birlikdə yaşamışlar. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30.04.2021-ci il tarixdə verilmiş 658 nömrəli arayışdan görünür ki, 01.1964-cü il tarixli texniki pasporta əsasən Ərizəçi nənəsinin adı X11 yox, X12 eyni şəxs sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi X4 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 30.04.2021-ci il tarixli ərizəsinə baxılmış, təqdim edilmiş sənədlərdə ata adında uyğunsuzluq olduğundan hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 3 ünvanı üzrə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasport X11 adına verilmişdir. X15 atasının adı Yaxib olmuş, buna baxmayaraq, həmin sənəddə səhvə yol verilərək ata adı Yaqub kimi göstərilmişdir. Halbuki, X6 ölüm haqqında şəhadətnaməsində, övladlarının doğum haqqında şəhadətnamələrinin ana adı hissəsində X5 yox, X6 adı qeyd edilmişdir. Belə olan halda məhkəmə müvafiq pasportda X6 ata adında səhvə yol verildiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa həmin Qərarda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanı üzrə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun X8 məxsus olması faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 adına ünvan 3 ünvanı üzrə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4153/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4153/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver