Məhkəmə qərarları › İş №2(010)-4155/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4155/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4155/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, o, xx.xx.1982-cı ildə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında birinci qrup əlil olan xx.xx.2005-ci il təvəllüdlü oğlu X3 baxır. xx.xx.2005-ci il təvəllüdlü oğlu X7 uzun illərdir ki, kvadroplegikspastik serebral iflic, Tetraplegik forma, simmetrik zədələnmə, odinamik funksiyaların qabarıq pozuntusu, iradi hərəkətlərin olmaması, pselvdo-bulbar sindromu və digər xəstəliyindən əziyyət çəkir, xəstəliyi nəticəsində hərəkətlərinin mənasını başa düşmür və özünü tam idarə edə bilmir, 1-ci qrup əlildir. xx.xx.2005-ci il təvəllüdlü oğlu X1 bu xəstəliyi səbəbindən və uşaqlıqdan özünü sərbəst idarə edə bilmir. Bu səbəbdən də özü öz yeməyini də yeyə bilmir, öz hərəkətlərini idarə edə bilmir. O, daima oğlunu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə oğlunu tək qoyub hansısa bir işlə məşğul ola bilmir. Hal-hazırda oğlu yetkinlik yaşına çatıb. xx.xx.2005-ci il təvəllüdlü oğlu X7 əmək iliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. xx.xx.2005-ci il təvəllüdlü oğlu X7 əmək qabiliyyətsiz olduğu üçün 18 yaşı olsada heç bir yerdə işləmir və onun bütün təlabatını anası olaraq özü ödəyir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları Naxçıvan MR-nın Ordubad rayonunun Azadkənd inzibati ərazi dairəi üzrə nümayəndəliyi tərəfixx.xx.2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2005-ci ildə doğulmuş və valideynləri X4 və Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müqaviləyə dair məlumat verilməsi arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 müddətsiz birinci dərəcəli ümumi xəstəlikdən əlildir. Diaqnozu: Kvadroplegik spastik serebral iflic, Tetraplegik forma.simmetrik zədələnmə. statodinamik funksiyaların qabarıq pozulması (yuxarı və aşağı oynaqlarda çoxsaylı kombinə olunmuş kontrakturalar) iradi hərəkətlərin olmaması.psevdo -bulbar sindrom (dil və nitq funksiyalarının təzahür edən pozuntusu kobud diazartriya.) Amillər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 xx.xx.2023-cü il tarixli 2844 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X2 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ (F.72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən X8 “Kvadroplegik spastik serebral iflic, Tetraplegik forma, iradi hərəkətlərin olmaması, psevdo-bulbar sindrom (dil və nitq funksiyalarının təzahür edən pozuntusu kobud diazartriya)” diaqnozu ilə birinci dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir.xx.xx.2005-ci il təvəllüdlü X2 “Uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” aşkar olunur. X7 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. xx.xx.2005-ci il təvəllüdlü X7 məhkəmə-iclasınaı gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2005-ci il təvəllüdlü X7 Ərizəçi oğludur. Ərizəçinin oğlu xx.xx.2005-ci il təvəllüdlü X2 «UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ (F.72.1)» aşkar olunur. X7 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar