Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4156/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı, Cavabdeh* iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh*, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhəri *37 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh*, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhəri *37 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh dövlət *37 saylı MKİS-nin rəisi M.Ö. Mustafayevlə Cavabdeh* arasında bağlanmış 22 saylı, 0*.06.2020-ci il və ya xx.xx.2020-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahələrinin” kirayə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq *00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon *37 saylı MKİS və Cavabdeh* arasında 0*.06.2020-ci il tarixdə bağlanmış və xx.xx.2020-ci il tarixdə imzalanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi” haqqında 22 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh* Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 4 saylı evin 5 a saylı mənzilinin adına ilkin hüquqi qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olan məhkəmə prosesi barədə *8.09.2023-cü il tarixində məlumatlı olmuşdur. Məlumat əldə etdikdən sonra məhkəməyə ünvanlandığı *9.09.2023cü il tarixli ərizədə iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin *2.*0.2023cü il tarixli qərardadı ilə onun tərəfindən təqdim edilmiş ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 3*.08.2023-cü il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. O, inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən həmin iddia mümkün sayılmamışdır. Məhkəmənin mümkünsüzlük barədə qərardadından Cavabdeh* apellyasiya şikayəti vermişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman iş materialları ilə tanış olmuş və o zaman ona məlum olmuşdur ki, Dövlət *37 saylı MKİS-nin rəisi M.Ö.Mustafayevlə Cavabdeh* arasında 22 saylı, 0*.06.2020-ci il və ya xx.xx.2020-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahələrinin” kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin *.*-ci maddəsinə əsasən, kirayəyə verən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, *37 saylı MKİS V.Quliyev küçəsi, 4 nömrəli evdə 5a nömrəli mənzildə yerləşən mənzil fonduna aid, ümumi sahəsi *8 m2-dən yaşayış hissəsi *8 m2 olan * otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş yardımçı sahəsi xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid deyildir. Belə olan halda, mənzil fondunda məxsus olmayan sahə barəsində bağlanmış müqavilə də etibarsızdır və ən əsası belə müqavilənin bağlanması onun mülkiyyət hüquqlarının qorunması barədə konstitusion hüquqlarının kobud şəkildə pozulması deməkdir. Hazırkı iş üzrə Cavabdeh* məcburi köçkün statusu vardır. Mövcud qaydalara əsasən, həmin statusda olan şəxslərlə mənzil fonduna aid olan xüsusi təyinatlı yaşayış sahələrinin kirayəyə verilməsinin xüsusi şərtləri müəyyən edilmişdir. Ən əsası da məcburi köçkünlərlə müddətsiz müqavilə bağlanması nəzərdə tutulmamışdır. Onlarla sadəcə olaraq müvəqqəti müqavilə bağlanması nəzərdə tutulmuşdur. Göründüyü kimi müqavilə qanunvericiliyin tələbləri nəzərə alınmadan formal olaraq bağlanmışdır. Müqavilənin əvvəlində 0*.06.2020-ci il tarixi, imza və möhür yerində isə xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. Qeyri-ciddi formada, əlyazma ilə doldurulma qaydasında tərtib edilmiş müqavilədə hansı qərar əsasında mənzilin kirayəyə verilməsi hissəsi boş qalmışdır. Müqavilənin 3.*-ci maddəsində müqavilə üzrə ödəniş müəyyən edilməmiş və ya əvəzsiz olması qeyd edilməmişdir. Onun tərəfindən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həmin müqavilənin ona təqdim edilməsi barədə müraciət edilmiş və verilən cavab məktubunda MKİS-nin arxivində tapılmadığı qeyd edilmişdir. Bu özlüyündə həmin müqavilənin heç bir əsası olmadan bağlanmasını sübut etməkdədir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh* Zəngilan rayonundan məcburi köçkündür. Belə ki, torpaqlar işğal edildikdən sonra *994-cü il tarixdə cavabdehi öz mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata saldırmışdır. Məhz Minayənin həmin evə qeydiyyata düşməsi üçün çox əziyyət çəkmiş və müvafiq təşkilatlara müraciətlər etmişdir. Lakin, sonradan cavabdeh ona qarşı həmin fərdi yaşayış evi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, o da buna cavab olaraq digər bir iddia qaldıraraq cavabdehi qeydiyyatdan çıxarmışdır. Daha sonra, cavabdehin harada yaşaması ilə bağlı maraqlanmamış, yalnız Minayə yardımçı otağın özəlləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra bu barədə məlumatlı olmuşdur. Lakin, hakim və onun köməkçiləri tərəfindən həmin evə baxış keçirilmiş və yardımçı otağın da onun evinə bitişik olması müəyyən edildikdən sonra Minayənin iddiası rədd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının iş materiallarına da əlavə edilmiş sərəncamından müəyyən olunur ki, ümumi sahəsi 56 m2-dan ibarət olan torpaq sahəsi onun istifadəsinə verilmiş və həmin torpaq sahəsinin üzərində tikiləcək hər hansı tikiliyə dair müvafiq məlumatlar müvafiq torpaq sahəsinin “texpasport”una əlavə edilməlidir. Həmin sərəncamın ikinci bəndində isə hazırkı iş üzrə cavabdehə onun mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti aparılmasına icazənin verilməsinə dair göstəriş ifadə edilmişdir. Hazırkı mübahisə predmeti olan müqaviləyə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehi 20*8-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarsa da, müqavilə 2020-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, kirayə müqaviləsi tamamilə etibarsız olmaqla hər hansı hüquqi qüvvəyə malik deyil. Cavabdeh* tamamilə qüvvədə olmayan müqavilə əsasında evdə yaşamağa başlamış və həmin ünvana yenidən qeydiyyata düşmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh* iddia tələbini qəbul edərək bildirdi ki, o, 6 ildir ki, məhkəmə proseslərində iştirak edir. Sözügedən torpaq sahəsi heç iddiaçının mülkiyyətində deyil. Belə ki, həmin torpaq sahəsi dövlət mülkiyyətidir. Mübahisə predmeti olan müqavilə etibarsız ola bilər, lakin o bunu qəsdən eləməmişdir. Qanun çərçivəsində nə qərar verilərsə, o, həmin qərarla razıdır və etiraz etmir. İddiaçı ilə doğma bacıdır, əgər onun hər hansı səhvi olmuşdursa, iddiaçı ona bir doğması kimi bu səhvi bildirə və kömək edə bilərdi. Lakin, iddiaçı bunu etməmişdir. O, əvvəlcə icra hakimiyyətinə müraciət etməli olsa da, bunu etməmiş və yanlışlıqla MKİS-ə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iddia tələbini qəbul edərək bildirmişdir ki, mübahisə predmeti olan müvafiq müqavilə ümumilikdə bu tip müqavilələrin bağlanması üçün qanunla müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq bağlanmamış və həmin qaydalara riayət edilməmişdir. Bununla bağlı müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. Həmin arayışda da qeyd edilir ki, həmin müqavilənin bağlanılması ilə bağlı Cavabdeh* bununla bağlı departamentə müvafiq müraciəti olmamış və həmin müqavilə arxivdə aşkar edilməmişdir. Qeyd olunan müqavilənin etibarlı olması üçün Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən müvafiq sərəncam göndərilməli və onlar da öz növbəsində tabelərində olan mənzil-kommunal istismar sahələrinə həmin sərəncamı təqdim etməlidirlər. Bundan sonra, müvafiq mənzil-kommunal istismar sahələri ilə vətəndaşlar arasında kirayə müqaviləsi bağlanılmalı və həmin vətəndaşlar kirayəçi kimi tanınmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Dövlət Neft Şirkətinin balansında olan müvafiq yaşayış, qeyri-yaşayış sahələri və yataqxanalar Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin sərəncama uyğun olaraq mənzil-kommunal təsərrüfatı departamentinin balansına verilmiş binadan kənarda inşa edilmiş və həmin bina daxilində olan mənzillərə aid olmayan yardımçı tikililər mənzilə aid olmamaqla siyahıya alınmır və mənzil-kommunal təsərrüfat birliyinin balansına daxil edilmir. Hazırda onların balansında olan və mübahisə predmetini təşkil edən mənzilin yerləşdiyi binanın tərkibində ümumilikdə 24 mənzil qeydiyyata alınmış və mənzil sahiblərinin adına şəxsi hesab vərəqələri açılmışdır. Cavabdehə məhkəmə iclasından kənar da izah edilmişdir ki, həmin yardımçı otaq onların balansında olmadığı üçün belə bir kirayə müqaviləsinin bağlanılması üçün müvafiq müraciət edilsəydi belə, həmin müraciətə müsbət cavab verilməsi mümkün olmayacaqdır. Mübahisə predmetini təşkil edən kirayə müqaviləsinin bağlanıldığı mənzil onların balansında olmamaqla bərabər dövlət mənzil fondunun tərkib hissəsi deyildir. Cavabdeh* digər cavabdeh olan Bakı şəhəri *37 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə bağladığı kirayə müqaviləsi isə bu qəbildən olan kirayə müqavilələrin bağlanması üçün nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı şəhəri *37 saylı Mənzil- Kommunal İstismar Sahəsi və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 0*.03.*999-cu il tarixli, 447 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, sahəsi 26 m2 olan 2 yaşayış otağından, sahəsi *5.6 m2 olan köməkçi otaqlardan ibarət olan, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 5 ünvanının, sahəsi 56 m2 olan həyətyanı torpaq sahəsinin vətəndaş İddiaçı istifadəsində saxlanılması, Cavabdeh* Haqverdi qızına yaşadığı mənzilin həyətində 4x4, 5m eninə yaşayış otağının tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.*2.20**-ci il tarixli, 435s nömrəli sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 25.0*.20*2-ci il tarixli, 029 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.*2.20**-ci il tarixli, 435s nömrəli sərəncamına əlavə edilmiş siyahı üzrə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Komunnal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın Əİavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilmişdir. *37 saylı MKİS-nin rəisi M.Ö.Mustafayev (Kirayəyə verən) və Cavabdeh* (Kirayəçi) arasında 0*.06.2020-ci il tarixdə bağlanmış 22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, “Kirayəyə verən” V.Quliyev küçəsi, ev 4 ünvanında yerləşən 5a nömrəli mənzildə yerləşən, ümumi sahəsi *8 m2, yaşayış sahəsi *8 m2-dən ibarət * otaqlı yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz “Kirayəçi”nin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüş, yaşayış sahəsindən istifadəyə görə kirayəçidən istifadə haqqının alınması nəzərdə tutulmamış, həmin müqavilənin imzalanma tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüffatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 5A saylı mənzilə dair bağlanmış müqaviləni MKİS-in arxivində aşkar etmək mümkün olmamışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna əsasən verilmiş 25.*0.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, mübahisə predmeti olan müqavilə etibarsızdır. Belə ki, müqavilənin bağlanması üçün rəhbər təşkilat olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən müvafiq sərəncam verilməlidir, lakin qeyd olunan müqavilənin bağlanmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd Birliyin və MKİS-nin arxivində mövcud deyildir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin *9 saylı, *5.03.20*2-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsindən müəyyən olunur ki, İİ hissə – “Birliyin vəzifələri” adlanan hissənin 2.8-ci maddəsində - icarə (kirayə) müqaviləsi olmayan yaşayış sahələrinin müəyyənləşdirilməsi və bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; 2.9-ci maddəsində - yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanması və ya dəyişdirilməsi ilə bağlı sənədlərin Departamentə təqdim edilməsi üçün zəruri tədbirlərin görülməsi kimi vəzifələr qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 753*944 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh* *0.**.2020-ci il tarixdən ünvan 2 ünvanında yerləşən 5A nömrəli mənzildə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, 634803*5 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.*. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə *0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri. *0.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: *0.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; Maddə *7. Mənzil fondu. *7.*. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. *7.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: *7.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri; 9*.*.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 9*.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar. 98.*. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *9*.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, etibarlılığı mübahisə edilən əqd cavabdeh *37 saylı MKİS-nin rəisi M.Ö.Mustafayev ilə Cavabdeh* arasında 0*.06.2020-ci il tarixdə bağlanmış 22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsidir. İddiaçı həmin müqavilənin qanunvericiliyə uyğun qaydada bağlanmaması əsası ilə etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi qaydalara əməl edilmədən müqavilənin bağlandığına görə iddia tələbini qəbul etmişdir. Digər Cavabdeh* müqavilənin bağlanmasının prosedur qaydasını bilmədiyinə görə belə səhvə yol verdiyini izahatında qeyd etmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 iyun 2022-ci il tarixli Qərardadın *7-ci bəndində qeyd edilmişdir ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, etibarsız hesab edilməsi tələb edilən müqavilə qanunda nəzərdə tutulmuş prosedur qaydalara riayət edilmədən tərəflər arasında bağlanmışdır. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə – vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Müqavilənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İş materiallarına əlavə edilmiş 22 nömrəli 0* iyun 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində həmin sahənin verilməsi haqqında qərar qeyd olunmamış, həmin hissə doldurulmayaraq müqavilədə boş saxlanılmışdır. Bundan əlavə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubundan, müqavilənin bağlanması üçün rəhbər təşkilat olan Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən müvafiq sərəncam verilməməsi, qeyd olunan müqavilənin bağlanmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd Birliyin və MKİS-nin arxivində mövcud olmaması müəyyən edilmişdir. Həmçinin müqavilədə bağlanma tarixi və imzalanma tarixi arasında olan fərq həmin müqavilənin etibarlı hesab edilərək müəyyən hüquqi nəticələr yaratmasına mane olan digər haldır. Belə ki, həmin müqavilənin bağlanma tarixi 0* iyun 2020-ci il tarixi kimi qeyd edilsə də müqavilənin sonunda imzalanma tarixi geriyə olan tarix, yəni 05 mart 2020-ci il tarix kimi qeyd edilmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğundan iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş *00 manat məbləğində dövlət rüsumu Cavabdeh* aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri *37 saylı Mənzil-Kommunal İstismar Sahəsi və Cavabdeh* arasında xx.xx.2020-ci il tarixdə imzalanmış və 0*.06.2020-ci il tarixdə bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsinə dair” 22 saylı müqavilə etibarsız hesab edilməli və ödənilmiş *00 manat məbləğində dövlət rüsumu Cavabdeh* tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri *37 saylı Mənzil-Kommunal İstismar Sahəsi və Cavabdeh* arasında xx.xx.2020-ci il tarixdə imzalanmış və 0*.06.2020-ci il tarixdə bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsinə dair” 22 saylı müqavilə etibarsız hesab edilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh* tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4156/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4156/2024
03.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver