Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-416/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi Maraqlı şəxsna qarşı şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜӘYYӘN ETDİ: Әrizəçi Әrizəçi maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Әrizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, qardaşı X6 xx.xx.2003-cü tarixində doğulmuş və onun davranışlarında yüngül kəmağıllıq var. O, izahatında bildirmişdir ki, qardaşı Səhiyyə Nazirliyinin “X8”ndə müayinə və müalicədə olmuş, nəticədə ona yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən davranış pozuntusu ilə F70.1 diaqnozu qoyulmuşdur. O, müstəqil olaraq özünü idarə edə bilmir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qeyd olunanların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Məhkəmə Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Әrizəçi ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVAQ orqanı tərəfindən verilmiş doğum haqqında haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVAQ orqanı tərəfindən verilmiş doğum haqqında haqqında şəhadətnaməsinin surətindən görünür ki, Әrizəçi xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarına əlavə edilmiş Psixi sağlamlı X11 Şəxsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X9 oğlu müayinə və müalicədə olmuş, nəticədə ona yüngül kəmağıllılıq, qulluq və müalicə tələb edən davranış pozuntusu ilə F70.1 diaqnozu qoyulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-4614/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 2448 saylı rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X3 YÜNGÜL KӘMAĞİLLİQ (F71.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, orta məktəbdə zəif oxuması, X5 2014-cü ildə müayinə olunarkən onda “Yüngül kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnozunun təyin olunması, 2015-ci ildə 26 saylı TSEK-də müayinə zamanı “Yüngül kəmağıllıq davranış pozuntuları ilə” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, dünyagörüşünün məhdudluğu, intellektual imkanlarının bir qədər aşağı olması, bilik ehtiyatının kasadlığı və sair sübut edir. Eyni zamanda qeyd olunmalıdır ki, X6 müayinə zamanı ünsiyyətə sərbəst daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, söz ehtiyatı kifayət həcmdə olmuş, sadə məişət mövzularında sərbəst fikir yürütmüş, onda kobud yaddaş pozuntuları qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlar F.E.Məmmədovda kəmağıllığın yüngül dərəcədə ifadə olunduğundan təsdiq etməyə əsas verir. Bununla yanaşı xüsusi qeyd edilməlidir ki, hazırkı müayinə zamanı X6 zahirən sakit olmuş, emosional reaksiyaları situasiyaya adekvat olmuş, əhvali-ruhiyyəsinin sabitliyi qeyd edilmiş, hər hansı davranış pozuntusu müəyyən edilməmişdir. Mülki işdə qeyd olunmuş tibbi sənədlərdə 2014 və 2015-ci illərdə keçirilmiş müayinələr zamanı X3 yüngül kəmağıllıqla yanaşı qulluq və müalicə tələb edən davranış pozuntuları qeyd olunsa da, hazırkı müayinə zamanı hər hansı davranış pozuntusu müəyyən edilməmişdir. X3 aşkar olunan yüngül kəmağıllıq onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Әrizəçi qardaşı xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 2448 saylı rəyi ilə X6 hazırkı psixi vəziyyətinə görə (onda hal-hazırda hər hansı davranış pozuntularının olmadığı nəzərə alınmaqla) öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QӘT ETDİ: Әrizəçi Әrizəçi Maraqlı şəxsna qarşı şəxsin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə təmin olunmasın. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-416/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-416/2021
24.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver