Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-417/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Mehti oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Mehti oğluna və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Mehti oğluna və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən uzunluğu 65, 7 metr təşkil edən iddiaçı ilə və cavabdehlərin torpaq sahələrinin arasındakı hasar tikilisinin keçəcəyi xətt üzrə hal-hazırda mövcud olan tikilinin 10 metr uzunluğunda olan hissəsinin iddiaçının hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı izahatında göstərdi ki, o, hasarın çəkilməsi ilə bağlı cavabdehlərlə ümumi razılığa gəlmişdir. Bu səbəbdən iddia tələbindən imtina edir. Odur ki, məhkəmədən onun iddiadan imtina etməsinin qəbul olunaraq mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh2 izahatında iddiaçının iddiadan imtina etməsinin məhkəmə tərəfindən qəbul olunaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh4 Mehti oğlu izahatında iddiaçının iddiadan imtina etməsinin məhkəmə tərəfindən qəbul olunaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iş üzrə iddiaçının iddiasından imtina etməsi məhkəmə tərəfindən qəbul olunaraq mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmçinin iş üzrə tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunaraq, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Mehti oğluna və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İş üzrə iddiaçı tərəfindən dövlət rüsümu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı qaytarılsın. İş üzrə tərəflərə izah edilsin ki, hazırki mülki işin icraatına xitam verildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-417/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-417/2023
26.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver