Məhkəmə qərarları › İş №2(010)-4221/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4221/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4221/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Amasya kənd sovetliyi tərəfindən 25 iyun 1968-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 148215 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilərək tərcümə edilmiş surətindən görünür ki, X4 ilə X7 arasında 25 iyun 1968-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 25 iyun 1968-ci il tarixdə 10 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Həsənov, arvada Həsənova soyadı verilmişdir.

2. ASAN 2 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur.

3. Sabunçu RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE seriyalı 02834973 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 15 aprel 1947-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur.

4. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 373560 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 09 sentyabr 2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 sentyabr 2009-cu il tarixdə 1059 nömrə ilə qeyd edilmişdir.

5. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən 14-cü bəndə uyğun olaraq, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Odur ki, doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

İşin faktiki halları

6. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi xx xxxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. X1, anası X5r. Sadəcə olaraq ərizəçi ona məxsus doğum haqqında şəhadətnaməni itirmiş və həmin qeydlər mövcud olmadığından hazırda qeydlərin bərpası mümkün olmur. Ərizəçinin tələbi

7. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmağı, anasının X8, atasının isə X6ması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan Ərizəçi ərizə təqdim edərək, onun xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmağı, anasının X8, atasının isə X6ması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

9. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

10. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, lakin ünvanını dəyişdirərkən doğum haqqında şəhadətnaməsini itirmişdir. Doğum haqqında şəhadətnamədə X1, anası X3 qeyd edilmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarı

4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi

14. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır.

15. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirilmişdir.

16. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Bu səbəbdən ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir və ərizəsi əsaslıdır. Beləliklə, Ərizəçi xx xxxxxxx 1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması, atasının X4, anasının X8 olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (qızlıq soyadı ilə X2) xx xxxxxxx 1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması haqqında akt qeydi bərpa edilməli, Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X4, ana qrafasında X8 yazılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (qızlıq soyadı ilə X2) ilə xx xxxxxxx 1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X4, ana qrafasında X8 yazılsın. Qətnamə Ərizəçi xx xxxxxxx 1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar