Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-423/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X3 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu ilə diaqnoz qoyulmuş və əmək qabiliyyətsiz hesab olunmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Hazırda oğlu onun himayəsindədir və ona özü baxır. Oğlunun üzərində qəyyum təyin edilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, imtina olunmuş və xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra onun üzərində qəyyum təyin oluna bilər. Oğlu üzərində qəyyum təyin olunmaqla o, gələcəkdə onun adından bütün dövlət orqanlarında onun hüquq və mənafelərinin müdafiəsində, hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə etmək hüququ qazanır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Oğlu psixi xəstəliyi nəticəsində özünü idarə edə bilmir. Belə ki, yaddaşı olmadığı üçün əşyaları hara qoyduğunu bilmir, kimə nə verdiyini xatırlamır, hara getdiyini və haradan gəldiyini yadda saxlaya bilmir, ona olan müraciəti anlamır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. - Ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə “uşaqlığın və uşaqlıq yolunun digər dəqiqləşdirilmiş anoma” diaqnozu ilə vəfat etmişdir. - AR TƏBİB “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli AR Vəkillər Kollegiyası ünvan ünvanlanmış məktubdan görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş X5 xx.xx.2007-ci il tarixdən “Q90.0 Daun Sindromu”, “F70.0 Yüngül əqli gerilik”, “H52.2 Miopik astiqmatizm” diaqnozları ilə Xırdalan Ailə Sağlamlıq Mərkəzində dispanser qeydiyyatındadır. -Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. - 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Çıxarışının surətindən görünür ki, , xx.xx.2007-ci ildə anadan olmuş X5 imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu ilə diaqnoz qoyulmuş və əmək qabiliyyətsiz hesab olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3450 saylı rəyindən görünür ki, X2 “Daun Sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik, (imbesillik dərəcəsində) F72” aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, əqli geriliklə AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının 5 saylı arayışına əsasən, imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s. sübut edir. Belə nəticəyə gəlinir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hazırki psixi vəziyyət onun məhkəmədə iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X1 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-423/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-423/2023
25.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver