Məhkəmə qərarları › İş №2(010)-4245/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4245/2022

28.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4245/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoruna və 3-cü şəxslər X3, X4 və X*0, Salam-zadə Aygün Hacıbala qızına, X28, X** və X*2 qarşı “müddətin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoruna qarşı “müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X29na məxsus miras əmlakın qəbul edilməsi müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X*3, X*6 və X*9, Salam-zadə Aygün Hacıbala qızı, X36, X20 və X2* üçüncü şəxs kimi mülki işə cəlb olunmuşlar. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev * ünvanı X32na məxsus olmuşdur. X32 04.09.*970-ci ildə vəfat etmişdir. O, həmin ünvanda anadan olmuş və atası ölən günə qədər bir ünvanda yaşamışdır. Bundan başqa X47 vəfat etməsi 04.09.*970-ci il tarixə təsadüf etsə də, onun anası X*7 ölən günə kimi, yəni *4.05.20*7-ci il tarixə kimi həmin evdə yaşamış, lakin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almamışdır. Onun atası vəfat etdikdən sonra həmin evin onun anasının adına keçirildiyini ehtimal etmişdir. O hüquqi cəhətdən savadsızdır, buna görə də həmin evə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Onlar ailədə dörd uşaq olmuş, lakin bir bacısı və iki qardaşı vəfat etmişdir. Onların övladları isə sağdırlar və miras əmlakın onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər və bununla bağlı olaraq notarial qaydada ərizə vermişlər. Qeyd edilən miras əmlaka qanunla nəzərdə tutulmuş qaydada vərəsəlik hüququnun tanınması üçün o, notariat orqanına müraciət edərək mirasa dair vərəsəlik haqqında şəhadətnamə almaq istəyən zaman müddəti ötürdüyündən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdehin nümayəndəsi və 3-cü şəxslər iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *85.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli *79*/202* nömrəli məktubundan müəyyən olunur ki, 04 sentyabr *970-ci il tarixdə vəfat etmiş X29ndan miras qalmış Bakı şəhəri, Zığ qəsəbəsi, ev * ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş 6 saylı Bakı “Asax Xidmət” Mərkəzində Notariat ofisinin “elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X53, qanun üzrə vərəsə İddiaçıdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 876205 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 *4.05.20*7-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı 383040 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 04.09.*970-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 349366 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 574205 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Salam-zadə Nəzakət Məlik qızı *4.**.20*2-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı 834633 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.*959-cu il tarixdə doğulmuşdur. X29, anası X5r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ nömrəli 652773 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 20.03.*964-cü il tarixdə doğulmuşdur. X29, anası X5r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı 279847 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 *5.09.*958-ci il tarixdə doğulmuşdur. X29, anası X5r. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli *0 avqust 2022-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxx *959-cu il təvəllüdlü İddiaçı, 23 sentyabr *987-ci il təvəllüdlü X6, 23 noyabr *966-cı il təvəllüdlü X2, *7 noyabr *994-cü il təvəllüdlü X24, *8 aprel *996-cı il təvəllüdlü X*8, 02 mart *970-ci il təvəllüdlü X*3, 25 iyul *992-ci il təvəllüdlü X*6 və *9 iyul *994-cü il təvəllüdlü X25 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi ev * ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Zığ qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş *0 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Zığ qəsəbəsinin, Sabir küçəsi * saylı evdə həqiqətən mərhum X32 04 sentyabr *970-ci ildə vəfat edib, vəfat edən günə qədər göstərilən ünvanda qeydiyyatda olub. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 30 sentyabr 2003-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Zığ qəsəbəsi, Sabir küçəsi * saylı evin, */*0 hissəsi üzərində X7 mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev * ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş X26 ərizəsindən görünür ki, əmisi İddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir, iddianı qəbul edir, onun iştirakı olmadan mülki işə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş X8 ərizəsindən görünür ki, əmisi İddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir, iddianı qəbul edir, onun iştirakı olmadan mülki işə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş Salam-zadə X50 ərizəsindən görünür ki, dayısı İddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir, iddianı qəbul edir, onun iştirakı olmadan mülki işə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş X* ərizəsindən görünür ki, ərinin qardaşı İddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir, iddianı qəbul edir, onun iştirakı olmadan mülki işə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin **59.*.*.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin *243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin *243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *26*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin *247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Bu Məcəllənin *248.*.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin *300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Məhkəmə hesab edir ki, İddiaçı valideynləri vəfat etdikdən sonra faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev * ünvanında yaşamasını, valideynlərinə məxsus evə qulluq göstərdiyini və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Bir neçə vərəsə istisna olmaqla, digər vərəsələr iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər, iddia tələbinin təmin olunmasına etirazlarını bildirməmişlər. Bundan başqa X48 vəfat etməsi 04.09.*970-ci il tarixə təsadüf etsə də, onun arvadı X*7 ölən günə kimi *4.05.20*7-ci il tarixə kimi həmin evdə yaşamış, lakin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almamışdır. İddiaçı isə hüquqi cəhətdən savadsız olduğunu və atası öldükdən sonra həmin evin anasının adına keçirildiyini ehtimal etdiyini bildirmiş və bununla da müəyyən olunmuş müddəti ötürüldüyünün üzrlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunaraq həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X37 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev * ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunaraq bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar