Məhkəmə qərarları › İş №2(010)-4268/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4268/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4268/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının *539 saylı, 07.09.*998-ci il tarixli torpaq sahəsi və fərdi yaşayış evinə dair sərəncamın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının *539 saylı, 07.09.*998-ci il tarixli sərəncamı ilə ona fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında 200 kv.metr torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsinə və onun üzərində tikilən ev üçün hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini xahiş etmişdir. Maraqlı şəxs **.0*.2024-cü il tarixli imtina məktubu ilə hüquqmüəyyənedici sənədlərdlə bir yerdə soyadının səhvən “Saleqe”, digərində əsl soyadının “Salehi” kimi qeyd olunduğundan bundan imtina edilmişdir. O, indi bu məsələni başqa yolla həll ediə bilmir və odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 27.*0.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 90593* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası X7, anası X4) xx.xx.*956-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.07.*956-cı il tarixdə **74 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 24.*0.2023-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, X** və X3 nikahı haqqında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində 24.08.*985-ci il tarixdə 607 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salehi, arvada Salehi soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncamından müəyyən olunur ki, vətəndaş Ərizəçi rayon icra aparatına müraciət edərək, bir neçə illərdən bəri istifadə etdiyi torpaq sahəsinin fərdi ev tikintisi üçün ayrılmasını xahiş etmişdir. X5 fərdi yaşayış evinin tikilməsi üçün Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 nömrəli evin yanında istifadə etdiyi 200 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. 25.*0.*998-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncamına əsasən, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 557 nömrəli evin yanında yerləşən 200 m2 torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Torpaq sahəsi vətəndaş X5 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X* ünvanlanmış **.0*.2024cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, torpaq sahəsinə dair təqdim edilmiş ilkin hüquqi sənədlərdə vətəndaşın soyadının “Saleqi” kimi qeyd olunduğu halda, vətəndaşın şəxsiyyət vəsiqəsində soyadının “Salehi” kimi yazılması, həmçinin elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinə dair yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında uyğunsuzluğun mövcud olması, torpaq sahəsində dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi, bundan başqa inventarlaşdırma işlərinin aparılması zamanı qeyd edilən fərdi yaşayış evinin divarlarının bir hissəsinin qonşu mənzillə ümumi istifadə olunduğu məlum olmuş, əlavə olaraq sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.02 ha qeyd edilsə də, faktiki 0*09 ha təşkil etməsi müəyyən edilmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, *5*9849289 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərərfindən verlmiş 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncamda ərizəçinin adı “Saleqi” kimi qeyd edilmişdir. Belə olan halda da şəxsin şəxsiyyət vəsiqəsindəki adı ilə hüquqmüəyyənedici sənəd hesab edilən sərəncamda uyğunsuzluq yaranmışdır. Həmin sərəncamın təsviri hissəsində şəxsin soyadının Salehi kimi qeyd edilməsinə baxmayaraq, nəticə hissəsində texniki səhvə yol verilərək Saleqi qeyd edilmişdir. Bu isə hazırda ərizəçinin daşınmaz əmlak üzərində hüquqularının dövlət qeydiyyatına alınmasına mane olur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncam Ərizəçi verilmiş və ona məxsusdur. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Ərizəçi hüquqlarının qeydə alınması üçün hazırkı iş üzrə maraqlı şəxsə müraciət etmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə tərəfindən ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncamının Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki 557 saylı evin yanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 07.09.*998-ci il tarixli, *539 nömrəli sərəncamının Ərizəçi məxsus olması faktı təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar