Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4307/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizing obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizing obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC ilə bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli AL-1235 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, "Daewoo" markalı **-PX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA512061 ban, DFCX0238 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi "İddiaçı" MMC-nə geri qaytarılması və cavabdeh X1 xx xxxxxxxx 2017-ci il tarixli AL-1235 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblikvə istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 2769.33 manat gecikdirilmiş əsas borc, 441.93 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1088.79 manat dəbbə pulu, cəmi 4300.05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 11:10-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq SMS bildiriş göndərilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizing obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4307/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4307/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver