Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-431/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1109.16 manat borcun № **********010 abonent koduna və +30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin ’’İddiaçı” ASC-nin hesabina ödənilməsinə, ümumilikdə 1139.16 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə №-20842242, abonent kodu-**********010) əsasən cavabdehə iddiaçi tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abanentinə aid olmaqla ötən illər ərzində su və kanalizasiya xidmətlərinə görə ödəniş etməmişdir və nəticədə xx.xx.2020-ci il tarixinə abanentin 1109.16 manat borcu yaranmışdir. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərəlmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Abonent Cavabdeh yaşadığı mənzildə ailə tərkibinin 6 nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətinə görə hesablama aşağıdakı qaydada aparılmışdır: 1.kub.m x 0.50 man.x 5 kub.m=2.50 manat, 2.50 manat x 6 nəfər = 15 manat, 15 man. x 74 ay = 1109.16 manat. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, ünvan 1 onun adınadır və İddiaçı ASC ilə arasında bağlanmış müqaviləyə əsasən onun adına abonent kodu var. Abonent kodu onun adınadır və kommunal ödənişləri də o, özü edir. Hazırda onlar ailədə 2 nəfər yaşayırlar və artıq 8 ildir ki, bu belə davam edir. 1997-ci ilə kimi ailədə 6 nəfər yaşamışlar, lakin hazırda o, subay oğlu ilə birlikdə yaşayır. Əfqan ailəlidir və ailəsi ilə birlikdə ayrı yaşayır. Məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, həmin ünvana aid iki abonent kodu açılmışdır. Lakin o, illərdir ki, öz adına olan abonent koduna əsasən ödənişlər etmişdir. Buna görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2020 tarixinə Cavabdeh su və tullantı su xidmətlərindən istifadəyə görə “İddiaçı" ASC-yə 1.109,16 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və "X2" 2.1.9.2 yarımbəndinə əsasən “Su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir Əks halda, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətim dayandırmaq hüququna malikdir”. Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulmasının təmin edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1363 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır. Ailə tərkibi: 1.Həyat yoldaşı - X5 - xx.xx.1989-cu il – qeydiyyatsız, 2.Qızı - X7-xx.xx.2014-cü il, 3.Oğlu - X8xx.xx.2019-cu il. Abonent kartından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 20842242 nömrəli müqavilə bağlanmış və **********010 №-li abonent kodu verilmişdir. Borc məbləği 1109,16 manat təşkil edir. Abonent kartından görünür ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2015-ci il tarixdə 21414033 nömrəli yeni müqavilə bağlanmış, **********003 №-li yeni abonent kodu verilmiş və X4 **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Məhkəmə sorğusuna cavab olaraq İddiaçı ASC Suraxanı rayon Sukanal idarəsi tərəfindən göndərilmiş olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadə etmək üçün xx.xx.2007-ci ildə müqavilənin (20842242) bağlanmasına lazım olan sənədlər həmin ildə arxiv olmadığına görə uzun müddət saxlanılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı və iş materiallarında olan Abonent kartları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2015-ci il tarixdə 21414033 nömrəli yeni müqavilə bağlanmış, **********003 №-li yeni abonent kodu verilmiş və X4 **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər etmişdir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, iddiaçı tərəfindən ünvan 1 ünvanı üzrə **********010 saylı abonent koduna dair cavabdeh tərəfindən üzərinə öhdəlik götürülməsinə dair müqavilə bağlansa da, həmin ünvan üzrə **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi (anası) X4 tərəfindən faktiki istifadə etdiyi suya görə **********003 saylı abonent kodu üzrə ödəniş aparıldığına iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə eyni ünvan üzrə **********010 saylı abonent koduna görə pulun hesablanması əsassızdır. Məhkəmə qeyd edir ki, əks halda iddiaçı tərəfindən əsassız varlanma halı baş verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsaən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-431/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-431/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver