Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-431/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində cəlb edilmiş X*4, X*8 və X22) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair verilmiş *7423 saylı, **.07.*980-ci il tarixli müqavilənin X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin *969-cu il tarixli, *2 saylı protokoluna, **.07.*980-ci il tarixli, *7423 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “296” saylı, ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi mərhum qaynatası X** ayrılmışdır və hal-hazırda onun istifadəsindədir. X*5 (əslində X6) 26.05.*994-cü il tarixində kəskin baş-beyin qan dövranının pozulması nəticəsində vəfat etmişdir. Onun vərəsəsi olan oğlu, eyni zamanda ərizəçinin mərhum həyat yoldaşı X*3 isə *6.05.202*-ci il tarixində tənəffüs çatışmazlığından vəfat etmişdir. Miras əmlakın qəbulu və vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri *0 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri *0 saylı notariat ofisi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış müraciətdə qeyd edilən torpaq sahəsinin hüquq müəyyənedici sənədinin olmadığı qeyd edilmiş, həmin torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinə baxış keçirmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, *7423 saylı, **.07.*980-ci il tarixli icarə müqaviləsində və idarənin arxivində mövcud olan müqavilənin ata adı “Sabir” olaraq göstərilsə də, təqdim edilən ölüm haqqında şəhadətnamədə və Bakı şəhəri *0 saylı notariat ofisinin məktubunda “Saybquran” qeyd edilmişdir. Həmçinin ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmışdır. X* ata adı Saybquran əvəzinə səhv olaraq Sabir kimi qeyd edilmişdir. *7423 saylı, **.07.*980-ci il tarixli icarə müqaviləsinin X4 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsi vərəsəlik və mənzilə dair çıxarışın alınması üçün lazımdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə etdi ki, bu faktın təsdiq edilməsi ona vərəsəlik və mənzilə dair çıxarış alınması üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs qismində işə cəlb edilən X*4, X*8 və X22 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.
İş materialları.
6. Bakı şəhəri İcra Komitəsi Bağ təsərrüfatı idarəsi və icarəçi X*5 arasında **.07.*980-ci il tarixdə bağlanmış *7423 nömrəli “bağ sahələrinin uzunmüddətli icarəyə verilməsi üçün” müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə Zirə qəsəbəsində 0.2 ha sahəsi olan 296 saylı bağ sahəsini icarəyə verir, İcarəçi isə həmin bağ sahəsini icarəyə qəbul edir.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən *7.08.20*2-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 549252 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 06.08.20*2-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *7.08.20*2-ci il tarixdə 828 nömrə ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən *3.04.20*3-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 59*448 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 26.05.*994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *3.07.*994-cü il tarixdə *60 nömrə ilə qeyd edilmişdir.
9. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 23.05.202*-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, *95764 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*3 *6.05.202*-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.05.202*-ci il tarixdə 472 nömrə ilə qeyd edilmişdir. *0. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-48-DA/2-H-00578/2023 nömrəli məktubun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzindən daxil olan *6.03.2023-cü il tarixli ərizəyə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *946-cı ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə nikah haqqında qeydiyyat kitabında 02.04.*946-cı ildə X6 ilə Hacıbəbirova (Hüseynova) Zubeydə (sənəddə olduğu kimi) Əliheydər qızının nikahının qeyd olunması bildirilmişdir. **. Bakı şəhəri “Səadət Sarayı” tərəfindən 27.08.*982-ci il tarixdə verilmiş, İİİ-JQ seriyalı, 283460 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*3 və X*9 arasında 27.08.*982-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3690 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacıbəbirova soyadı verilmişdir. *2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-2*-3-30/23302062-7688/2-H- 0609-8/2023 nömrəli məktubdan görünür ki, təqdim edilən sənədlərdə mərhumun ata adında fərqin mövcud olması, həmçinin *7423 saylı, **.07.*980-ci il tarixli icarə müqaviləsində və idarənin arxivində mövcud olan müqavilənin nüsxəsində ata adı “Sabir” olaraq göstərilsə də, təqdim edilən ölüm haqqında şəhadətnamədə və Bakı şəhəri *0 saylı notariat ofisinin məktubunda “Saybquran” kimi qeyd olunması və ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranması qeyd olunmuşdur. *3. Bakı şəhəri *0 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli, *96 nömrəli məktubdan görünür ki, mərhum X* adına olan bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün **.*2.*980-ci il tarixli *7423 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 0.20 ha olan 296 saylı bağ torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri *0 saylı notariat ofisinə mərhumun oğlanları – X*8, X*4, qızı – X22 və gəlini – Ərizəçi tərəfindən müraciət olunmuş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, yuxarıda göstərilən əmlaka dair hüquq müəyyənedici sənəd alınmamışdır. Vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün yuxarıda qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsində yerləşən, sahəsi 0.20 ha olan 296 saylı bağ torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir. *4. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən *8.02.2020-ci il tarixdə verilmiş, AZ-T seriyalı, *34859 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*8 (atası X6, anası X7) *3.06.*953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04.0*.*954-cü il tarixdə *5 nömrə ilə qeyd edilmişdir. *5. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən 29.09.*97*-ci il tarixdə verilmiş, AZB seriyalı, *40385 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*3 (atası X6, anası X3) 08.0*.*95*-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23.0*.*95*-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. *6. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən 29.09.*97*-ci il tarixdə verilmiş, AZB seriyalı, *40387 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 (atası X6, anası X2) *7.0*.*956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03.03.*956-cı il tarixdə 433 nömrə ilə qeyd edilmişdir. *7. Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən 28.**.*958-ci il tarixdə verilmiş, İ-İE seriyalı, 6*6223 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*2 (atası X6, anası X2) 02.**.*958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28.**.*958-ci il tarixdə 2023 nömrə ilə qeyd edilmişdir.
İşin faktiki halları.
*8. Ərizəçi mərhum əri X8 atası (ərizəçinin qayınatası) X6 26.05.*994-cü ildə ölmüşdür. *9. Bakı şəhəri İcra Komitəsi Bağ təsərrüfatı idarəsi və icarəçi X*5 arasında bağlanmış **.07.*980-ci il tarixli bağ sahələrinin uzunmüddətli icarəyə verilməsi müqaviləsinə əsasən, Zirə qəsəbəsində yerləşən, 0.2 ha sahəsi olan 296 saylı bağ sahəsi İcarəçiyə icarəyə verilmişdir.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
2*. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi, **.07.*980-ci il tarixli icarə müqaviləsinə əsasən, Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 0.2 ha olan bağ sahəsi X** icarəyə verilmişdir.
23. Hazırda məhkəməyə müraciət edən ərizəçinin mərhum qayınatasının adı isə X6 olmuşdur. Belə ki, mərhumun ölüm haqqında şəhadətnaməsində, ərizəçinin mərhum ərinin doğum haqqında şəhadətnaməsində, eləcə də digər uşaqların doğum haqqında şəhadətnamələrində ata adı kimi “X6” qeyd edilmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair verilmiş **.07.*98-ci il tarixli icarə müqaviləsinin ərizəçinin mərhum qayınatası X4 məxsus olması iş materialları əsasında müəyyən edilir. Odur ki, ərizə təmin edilməli, müvafiq fakt təsdiq edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair **.07.*980-ci il tarixli, *7423 saylı icarə müqaviləsinin X4 məxsus olması faktı müəyyən edilməlidir.
26. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair **.07.*980-ci il tarixli, *7423 saylı icarə müqaviləsinin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva