Məhkəmə qərarları › İş №2(010)-4333/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4333/2024

26.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4333/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mənzilin alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı adına dövlət reyestrində qeydiyyat aparılmasının üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mənzilin alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı adına dövlət reyestrində qeydiyyat aparılmasının üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli y/m, “D” massivi, ev 21, 113 saylı mənzilin əsassız olaraq qardaşı Cavabdeh2 ilə Cavabdeh1 MMC adına alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilin onun adına reyestr qeydiyatının aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. 1) İddia ərizəsindən görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin ünvanı Bakı şəhəri, Azad Mirzəyev 245 C; Cavabdeh2 ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 2-ci yaşayış massivi, 3 döngə, ev 10; Cavabdeh3 ünvanı isə ünvan 4ron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2 rəsmi qeydiyyat ünvanı iddia ərizəsində qeyd edilmiş ünvandır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin yuxarıda qeyd edilmiş ünvanı Yasamal rayonunda yerləşir. Cavabdeh3 ata adı barədə iddia ərizəsində heç bir qeyd edilmədiyindən onun ünvanı barədə məlumatın “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması mümkün olmamışdır. Hər bir halda ərizədə həmin cavabdehin ünvanı kimi Xətai rayonunda yerləşən ünvan göstərilmişdir. Göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş üç şəxsdən heç birinin ünvanı Suraxanı rayonu ərazisində yerləşmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Buna baxmayaraq, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. 2) İddia ərizəsinə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmişdir. Lakin qəbzin tarixi xx.xx.2023-cü il tarixidir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin iddia ərizəsinin icraata qəbulundan ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə imtina edilmişdir. Belə görünür ki, İddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödədiyi dövlət rüsumunun qəbzini hazırkı iddia ərizəsinə əlavə etmişdir ki, bu da yolverilməzdir. 3) İddia ərizəsində cavabdeh kimi Cavabdeh3 adlı şəxs qeyd edilsə də, həmin şəxsin ata adı barədə heç bir məlumat verilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində ... cavabdehin ... soyadı, adı, atasının adı ... qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin ata adı barədə məlumatın göstərilməməsi məhkəmənin həmin şəxsin şəxsiyyəti barədə məlumatsız olmasına səbəb olur ki, bu da işin icraata qəbulunu mümkünsüz edir. Göründüyü kimi, iddia ərizəsi məhkəməyə təqdim edilərkən yuxarıda göstərilmiş prosessual pozuntulara yol verilmişdir. Belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mənzilin alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı adına dövlət reyestrində qeydiyyat aparılmasının üçüncü şəxsə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar