Məhkəmə qərarları › İş №2(010)-435/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-435/2021

15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-435/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 190 saylı Hərbi hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı Nizami hissə üzrə əmrinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 190 saylı Hərbi Hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmri ilə onun “MAZ 5551” markalı 97-24 AQC dövlət nömrə nişanlı maşını ilə birlikdə N aylıq toplanışa çağırılmış və N ay müddətində hərbi hissədə xidmət aparmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştiak etdiyi üçün o, veteran adı almaq hüququ qazanmış, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 23 aprel 9/2-5185 saylı məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 190 saylı Hərbi Hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmrində Telman Abdulayevin ata adının Hüseyn kimi göstərilməsi qeyd edilmişdir. Halbuki, onun şəxsiyyət vəsiqəsinə, doğum haqqında şəhadətnaməsinə əsasən onun ata adı “Soin” dir. Göründüyü kimi məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi 190 saylı Hərbi Hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmrində onun ata adının “Soin” yox “Hüseyn” kimi göstərilməsi ona veteran adı verilməsindən imtina edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 190 saylı Hərbi Hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmri onun üçün hüquqi nəticə yaradan sənəd olduğuna görə və həmin sənəddə edilən səhvin düzəldilməsinin başqa yolu olmadığına görə o, qeyd edilən sənədin ona məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilə kimi Bakı sənaye tikinti nəqliyyat idarəsində sürücü işləmişdir. İş materiallarına əlavə olunmuş 805 saylı yol vərəqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi Ərizəçi “MAZ 5557” markalı 97-24 AQC nömrəli avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X1 xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 151 №-li nizami hissə üzrə əmrində (atasının adı Hüseyn yazılmışdır) sürücü Ərizəçi MAZ 5551 markalı 97-24-AQC dövlət nömrəli maşını ilə birlikdə N aylıq toplanışa çağrılaraq qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin İşlər X1 xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 151 №-li əmrində Ərizəçi adı aşkar olunmamışdır. İş materiallarında olan Suraxı RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində müəyyən olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 190 saylı Hərbi hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmrinin ona məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 190 saylı Hərbi hissə komandirinin xx xxxxxx N-cü il tarixli 151 saylı nizami hissə üzrə əmrinin ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar