Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4352/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 iyul 2021 -ci il tarixə 1732 manat gecikdirilmiş əsas, 577.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 456.05 manat dəbbə pulu, ümumilikdə 2765.67 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28.12.2020-ci il tarixdə 1565 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 25.11.2019-cu il tarixli MAS- 1524 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09.07.2021-ci il tarixə 1732 manat gecikdirilmiş əsas, 577.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 456.05 manat dəbbə pulu, ümumilikdə 2765.67 manat borcu yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 25.11.2019cu il tarixli MAS-1524 saylı “Daxili lizinq” müqaviləsi üzrə 09.07.2021-ci il tarixə gecikdirilmiş borcu 1732 manat əsas; 577,62 manat mükafat borcu; 456,05 manat cərimə olmaqla cəmi 2765,67 manat məbləğində təşkil edir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi irəli sürərək cavabdehin cəmiyyətə olan 1732 manat gecikdirilmiş əsas, 577.62 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 456.05 manat dəbbə pulu olmaqla ümumilikdə 2765.67 manat məbləğində borcun tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, 25.11.2019-cu il tarixli MAS-1524 saylı daxili lizinq müqaviləsi 25.11.2022-ci il tarixinədək bağlanılmış və tərəflər arasında müqavilənin ləğvinə dair razılaşma olmamışdır. Sözügedən müqavilə hazırda qüvvədə olduğundan həmin müqavilə ləğv edilməlidir. (MM 748-1.12) İddia tələbinin “lizinq obyekti olan avtomobilin iddiaçıya geri qaytarılması” hissəsinə münasibətdə məhkəmə müəyyən edir ki, sözügedən avtomobil 25.11.2019-cu il tarixində Müqaviləyə 2 saylı Əlavə olan Təhvil-Təslim Aktına əsasən cavabdehin müvəqqəti sahibliyinə verilmiş, cavabdeh isə avtomobili təhvil almışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, lizinq obyekti olan avtomobil iddiaçıya geri qaytarılmalıdır. (MM 748-2.3, 748-1.12) Məhkəmə həmçinin xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı hazırki iddia tələbi üzrə 456.05 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 50 (əlli) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh 1732 manat əsas borc, 577.62 manat mükafat və 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 2359,62 (iki min üç yüz əlli doqquz manat altmış iki qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli MAS-1524 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630027 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMCyə geri qaytarılsın. Cavabdeh 1732 manat əsas borc, 577.62 manat mükafat və 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 2359,62 (iki min üç yüz əlli doqquz manat altmış iki qəpik) manat məbləğində və məhkəmə xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4352/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4352/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver