Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4358/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh* Ələsgər qızı və Bakı şəhəri *0 saylı Notariat Kontoruna qarşı vərəsəlik paylarının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh* Ələsgər qızı və Bakı şəhəri *0 saylı Notariat Kontoruna qarşı vərəsəlik paylarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evinə olan miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, atası X** 07.03.*997-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun 6 övladı olmuşdur, onlardan dördü vəfat etmişdir. Hal hazırda o və bacısı Cavabdeh* Ələsgər qızı yaşayırlar. X* ilə miras əmlakın bölüşdürülməsi ilə bağlı dəfələrlə mübahisələr yaşamışlar. O mirasın qəbulu üçün *0 saylı Notariat Kontoruna müraciət etsə də, *2.05.20*8-ci il tarixində Notariat əməliyyatlarının aparılmasından imtina barədə qərar qəbul olunmuşdur. Səbəb isə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmağı, əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasındakı mübahisə, və atamızın sənədlərdəki adında hərf fərqlərinin olması idi. Daha sonra, bununla bağlı məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *7.09.20*8-ciil, tarixli2(0*0)-5069/ 20*8 saylı qətnaməsi ilə *6 aprel *997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X**” adlı şəxsin ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əliəsgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X20” oğlu adlı şəxsin, X3 aid doğum haqqında şəhadətnamədə göstərilən ata qrafasında göstərilən “X*2” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya qiymətləndirilməsinə aid pasport da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni olması faktının müəyyən olunması qət edilmişdir. İddiaçı X6 **.03.202*-ci il tarixində ölmüşdür. Onun hüquqi varisi qismində X7 çıxış edir. X6 mirasın tam olaraq qəbul edilməsi və vərəsəliyin tanınması barədə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsi *0.0*,2022-ci il tarixində işə baxaraq 2(0*0)- 53/2022 saylı qətnamə ilə X2 ərizəsini qismən təmin etmişdir. Belə ki, X*0 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsə X6 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. O, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəmsinin Mülki Kollegiyasına şikayət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 0*.06.2022-ci il tarixli 2(*03)-3552/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edir ki, o, X9 6 övladından biridir. Atası öləndən sonra bir müddət Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən evdə yaşamış, sonradan ondan aslı olmayan səbəblərdən evi tərk etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X*3 iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh* Ələsgər qızı və Bakı şəhəri *0 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbələri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə AR MPM-nin *85-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirak olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Qeydiyyat tarixi *9.*2.20*8-ci il, Qeydiyyat nömrəsi ***8*03367 olan AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən və ümumi sahəsi *2.8 kv.m olan fərdi yaşayış evi X9 mülkiyyətindədir. - 272870 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** *6.04.*997ci ildə tarixdə vəfat etmişdir. - AR Ədliyyə Nazirliyinin Bakı şəhəri *0 saylı Notariat Kontorunun *2.05.20*8-ci il tarixli məktubundan görünür ki, miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından, miras əmlakın bölüşdürülməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan və sənədlərdə müəyyən ziddiyyətlər olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı mərhum atasından miras qalan əmlaka münasibətdə vərəsə paylarının müəyyən olunmasını tələb edir. Lakin iddia ərizəsində qeyd olunanlardan və iddiaçı tərəfin izahatından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi döngə 6 ev *6 ünvanında yerləşən fərdi yaşayış evinin miras pay kimi iddiaçının bacısı – X5 tərəfindən qəbul edilməsi məhkəmə qaydasında müəyyən olunmuşdur. (iddia ərizəsində məhz həmin əmlakın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-53/2022 saylı, *0.0*.2022-ci il tarixli qətnaməsi ilə miras əmlak kimi qəbul edildiyi qeyd olunmuşdur). İddiaçının bildirməsinə görə həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayət təmin olunmamışdır. (Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-3552/2022 saylı, 0*.06.2022-ci il tarixli qətnaməsi). İddia tələbi başqa heç bir sübutla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*.-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*.-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından əsaslılığına dəlalət edən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia ərizəsindən və iddiaçı tərəfin izahatından aydın olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi miras əmlak olaraq iddiaçının bacısı - X5 tərəfindən məhkəmə qətnaməsi əsasında qəbul edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in **9.*-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məlı̇ kova Naı̇ lə Ələsgər qızının cavabdehlər Kazımova Rəfı̇ qə Ələsgər qızı və Bakı şəhərı̇ *0 saylı Notarı̇ at Kontoruna qarşı vərəsəlik paylarının müəyyən olunması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4358/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4358/2022
10.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver