Məhkəmə qərarları › İş №2(010)-4362/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4362/2022

25.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4362/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X* iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30.08.*998-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu 30.08.*998-ci il təvəllüdlü X6 anadangəlmə “Serabral iflic, Keçirilmiş uşaq serebral iflicinin kobud davamlı qalıq əlamətləri, orta dərəcəli əqli gerilik, orta dərəcəli kəmağıllıq, kobud nitq və dayaq hərəkəti aparatının pozulntuları ilə, Süst tetraplegiya, süst tetraplegiya forma, çanaq orqanlarının funksiyasının pozulması ilə” xəstəliyindən, xx.xx.2004-cü il təvəllüdlü X7 isə anadangəlmə “Uşaq serebral iflici, Kvadroplegik forma, Dərin kəmağıllıq, İdiopatiya, Kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları. İQ-0.Tetraparez” xəstəliyindən əziyyət çəkir. Səhhətlərində olan bu ciddi problemdən dolayı onlar tamamilə kənar şəxslərin qulluğundan asılıdır. Bu səbəbdən xəstə olan övladlarının əmək qabiliyyəti yoxdur və hər iki övladı *-ci qrup əlildir. Hal-hazırda onların qanunla müəyyən edilmiş qəyyumu olmadığından onlar demək olar ki, hüquqi cəhətdən yardımsız qalıblar. Bunun isə başlıca səbəbi kifayət qədər əsas olmasına baxmayaraq, hər iki övladının indiyədək məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməməsidir. Belə ki, övladlarının üzərində qəyyum təyin edilməyi ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin Suraxanı Rayonu İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli cavabla bildirmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirmişlər. Övladlarıoğlu - 30.08.*998-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X7 fiziki və əqli pozuntu diaqnozu vardır. Onların şəxsi təmizliyinə və şəxsi gigiyenasına o, baxır. Onların daima nəzarətə və baxıma ehtiyacı vardır, məhz bu səbəbdən 30.08.*998-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X7 məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən X6 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün kifayət qədər əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Alxan Acalov 30.08.*998-ci ildə Gürcüstan, Kvemo Bolnisi kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası Elnara Fərhadovadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Cavit Acalov xx.xx.2004-cü ildə Gürcüstan, Bolnisi rayonu, Kvemo Bolnisi kəndində anadan olmuşdur, atası Ərizəçi, anası Elnara Fərhadovadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. İş materiallarına əlavə edilmiş *5 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X6 həqiqətən də *5 nömrəli Birləşmiş şəhər xəstəxanasının nevroloji kabinetində G80.0 Serebral iflic, Keçirilmiş uşaq serebral iflicinin kobud davamlı qalıq əlamətləri, orta dərəcəli əqli gerilik, orta dərəcəli kəmağıllıq, kobud nitq və dayaq hərəkəti aparatının pozuntuları ilə, Süst tetraplegiya, çanaq orqanlarının funksiyasının pozulması ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş *5 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X7 həqiqətən də *5 nömrəli Birləşmiş şəhər xəstəxanasının nevroloji kabinetində G80.0 Uşaq serebral iflici, Kvadroplegik forma, Tetraparez, F72.* Dərin kəmağıllıq, İdiopatiya, Kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında 06.09.20*7-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, 30.08.*998-ci il təvəllüdlü X6 İ-ci qrup müddətsiz əlilldir. Dz: Serabral iflic, Keçirilmiş uşaq serebral iflicinin kobud davamlı qalıq əlamətləri, orta dərəcəli əqli gerilik, orta dərəcəli kəmağıllıq, kobud nitq və dayaq hərəkəti aparatının pozulntuları ilə, Süst tetraplegiya, süst tetraplegiya forma, çanaq orqanlarının funksiyasının pozulması vardır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında verilmiş arayışdan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X7 İ-ci qrup müddətsiz əlilldir. Dz: Uşaq serebral iflici, Kvadroplegik forma, Dərin kəmağıllıq, İdiopatiya, Kobud nitq, davranış və dayaq hərəkəti aparatının pozuntuları, İQ-0.Tetraparez-dir. Suraxanı Rayon Məhkəməsinin *0.*0.2022-ci il tarixli 2(0*0)-4362/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 29.*0.2022-ci il tarixli 2877 və 2878 saylı rəyləri *0.**.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X6 və X7 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 və X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 və X3 onlarda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında yol vermir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 89.*-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.*.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Ərizəçi 30.08.*998-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X7 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin oluna bilər. Belə ki, ərizəçinin övladları X6 və X7 müddətsiz İ qrup əlildirlər. Belə ki, X6 və X7 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi oğlu X2 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 29.*0.2022ci il tarixli 2877 və 2878 saylı rəyləri ilə X2 və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 2*8.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin **9, 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.08.*998-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar