Məhkəmə qərarları › İş №2(010)-4364/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4364/2021

16.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4364/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “ödənilməmiş əmək haqqı və mənəvi ziyan” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “ödənilməmiş əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin müvafiq əmrləri ilə digər işçinin də vəzifəsini icra etdiyinə görə müvafiq dövrlər üzrə həmin işçi üçün nəzərdə tutulmuş ümumilikdə 280000 manat məbləğində əmək haqqının (vəzifə maaşının) və 2020-ci ilin sentyabr ayından bu günə kimi aylar üzrə azaldılmış 100000 manat məbləğində ödənilməli olan əmək haqqı məbləğinin fərqi miqdarının, həmçinin irqi ayrıseçkiliyə məruz qaldığından 50000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək məhkəmədən “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin müvafiq əmrləri ilə digər işçinin də vəzifəsini icra etdiyinə görə müvafiq dövrlər üzrə nəzərdə tutulmuş ümumilikdə 360000 manat həcmində əmək haqqı məbləğinin fərqi miqdarının (vəzifəsini icra etdiyi işçi ilə onun əmək haqqının fərqi miqdarı) və 2020-ci ilin sentyabr ayından bu günə kimi aylar üzrə azaldılmış 100000 manat məbləğində ödənilməli olan əmək haqqı məbləğinin fərqi miqdarının, həmçinin, irqi ayrıseçkiliyə məruz qaldığından 50000 manat məbləğində mənəvi zərərin cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən onun xeyrinə tutulması və cavabdehin Azərbaycan Respublikasının vətəndaşı kimi ona qarşı olan irqçi münasibətə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehlə barışıq sazişi bağlayaraq, mübahisənin həlli barədə razılığa gəlmişlər. Odur ki, məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçı ilə aralarında 16 dekabr 2021-ci ildə barışıq razılaşması haqqında saziş bağlanmışdır. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı və “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi arasında bağlanılmış 16.12.2021-ci il tarixli Barışıq Razılaşması haqqında Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Bu sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən ümumilikdə 40000 (qırx min) manat məbləğində pul ödənilməsi müqabilində yuxarıda qeyd edilən hər iki mülki iş üzrə bütün iddialarından tamamilə imtina etməyi öhdəsinə götürür. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə verdiyi ərizədən tamamilə imtina etməyi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT (010)- 22/2021 saylı, 12.11.2021-ci il tarixli qərardaddan şikayət verməməyi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməyi və gələcəkdə də hər hansı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etməyəcəyini öhdəsinə götürür. Saziş 2(010)-4364/2021 saylı və 2(010)-6568/2021 saylı mülki işlərə baxan Məhkəmələr tərəfindən təsdiq edildikdən və bu barədə qərardadlar qanuni qüvvəyə mindikdən sonra “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı əmək münasibətləri ilə bağlı istənilən növ mübahisə açmayacağını və gələcəkdə də hər hansı bir iddia və tələbinin olmayacağını öhdəsinə götürür. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin öhdəlikləri: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə İddiaçı hər iki iddia tələbindən tamamilə imtina etməsi, eləcə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizədən tamamilə imtina etməsi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT(010)—22/2021 saylı 12.11.2021-ci il tarixli qərardaddan şikayət verməməsi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməsi və gələcəkdə də Nümayəndəliyə qarşı əmək münasibətləri ilə bağlı istənilən növ mübahisə açmayacağı və hər hansı iddia və tələbinin, həmçinin müvəqqəti təminat tədbirinin görülməsi barədə tələbinin olmayacağı şərti ilə və irəli sürülmüş iddia tələblərindən imtinalar həmin 2(010)-4364/2021 saylı və 2(010)-6568/2021 saylı mülki işlərə baxan Məhkəmələr tərəfindən təsdiq edildikdən və bu barədə qərardadlar qanuni qüvvəyə mindikdən sonra ümumilikdə 40000 (qırx min) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür. Barışıq sazişində nəzərdə tutulan 40000 (qırx min) manat məbləğində pul, İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində qaldırdığı 2(010)-4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə iddia tələblərindən tamamilə imtina etməsi, eləcə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizədən tamamilə imtina etməsi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT(010)-22/2021 saylı 12.11.2021-ci il tarixli qərardaddan şikayət verməməsi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməsi şərti ilə cavabdeh Nümayəndəlik tərəfindən ödənilən ümumi və cəmi məbləğdir. Bu sazişin imzalanması və təsdiq edilməsi ilə İddiaçı, “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı müxtəlif dövlət və qeyridövlət orqanlarına göndərdiyi və onun adından göndərilmiş istənilən növ ərizə və müraciətlərdən imtina etdiyini bildirir və gələcəkdə də hər hansı quruma, orqan və təşkilata istənilən xarakterli ərizə ilə müraciət etməməyi öhdəsinə götürür. Tərəflər bir-birlərinə qarşı hətta istənilən növ tələb üzrə gələcəkdə iddia qaldırmaq hüququndan imtina edirlər”. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən hazırkı iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişlər. Həmçinin qeyd etmişlər ki, onlar artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi yalnız iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı “ödənilməmiş əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında 16.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: Bu sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə cavabdeh “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən ümumilikdə 40000 (qırx min) manat məbləğində pul ödənilməsi müqabilində yuxarıda qeyd edilən hər iki mülki iş üzrə bütün iddialarından tamamilə imtina etməyi öhdəsinə götürür. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə verdiyi ərizədən tamamilə imtina etməyi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT (010)- 22/2021 saylı 12.11.2021-ci il tarixli qərardaddan şikayət verməməyi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməyi və gələcəkdə də hər hansı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etməyəcəyini öhdəsinə götürür.Saziş 2(010)-4364/2021 saylı və 2(010)-6568/2021 saylı mülki işlərə baxan Məhkəmələr tərəfindən təsdiq edildikdən və bu barədə qərardadlar qanuni qüvvəyə mindikdən sonra “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı əmək münasibətləri ilə bağlı istənilən növ mübahisə açmayacağını və gələcəkdə də hər hansı bir iddia və tələbinin olmayacağını öhdəsinə götürür. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin öhdəlikləri: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə İddiaçı hər iki iddia tələbindən tamamilə imtina etməsi, eləcə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizədən tamamilə imtina etməsi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT(010)—22/2021 saylı 12.11.2021-ci il tarixli qərardaddan şikayət verməməsi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməsi və gələcəkdə də Nümayəndəliyə qarşı əmək münasibətləri ilə bağlı istənilən növ mübahisə açmayacağı və hər hansı iddia və tələbinin, həmçinin müvəqqəti təminat tədbirinin görülməsi barədə tələbinin olmayacağı şərti ilə və irəli sürülmüş iddia tələblərindən imtinalar həmin 2(010)-4364/2021 saylı və 2(010)-6568/2021 saylı mülki işlərə baxan Məhkəmələr tərəfindən təsdiq edildikdən və bu barədə qərardadlar qanuni qüvvəyə mindikdən sonra ümumilikdə 40000 (qırx min) manat məbləğində pulu İddiaçı ödəməyi öhdəsinə götürür. Barışıq sazişində nəzərdə tutulan 40000 (qırx min) manat məbləğində pul, İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində qaldırdığı 2(010)- 4364/2021 saylı (hakim Səlimə Miriyeva) və 2(010)-6568/2021 saylı (hakim Nərminə Rzayeva) mülki işlər üzrə iddia tələblərindən tamamilə imtina etməsi, eləcə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizədən tamamilə imtina etməsi və bu ərizə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş MTT(010)-22/2021 saylı 12.11.2021ci il tarixli qərardaddan şikayət verməməsi, əgər verilmişsə, həmin şikayətdən də tamamilə imtina etməsi şərti ilə cavabdeh Nümayəndəlik tərəfindən ödənilən ümumi və cəmi məbləğdir. Bu sazişin imzalanması və təsdiq edilməsi ilə İddiaçı, “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə qarşı müxtəlif dövlət və qeyridövlət orqanlarına göndərdiyi və onun adından göndərilmiş istənilən növ ərizə və müraciətlərdən imtina etdiyini bildirir və gələcəkdə də hər hansı quruma, orqan və təşkilata istənilən xarakterli ərizə ilə müraciət etməməyi öhdəsinə götürür. Tərəflər bir-birlərinə qarşı hətta istənilən növ tələb üzrə gələcəkdə iddia qaldırmaq hüququndan imtina edirlər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar