Məhkəmə qərarları › İş №2(010)-4370/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4370/2021

25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4370/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.04.1997-ci il tarixli, 406 nömrəli və 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamlarının ona - Ərizəçi məxsus olma faktının müəyyən edilməsii barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Hüseynova (qızlıq soyadı Əhmədova) Tahirə Məhəmmədəli qızı xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 20.02.1990-cı ildə X10 ilə ailə qurmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.04.1997-ci il tarixli, 406 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Saray küçəsi, (indiki K.İsmayılov) 12/2 ünvanında 400 m2 torpaq sahəsi ayrılmış, 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamı ilə sözügedən ünvanda tikilmiş üç yaşayış otağından və sahəsi 77.2 m2 olan köməkçi otaqlardan ibarət yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. 1998-ci ildən həyat yoldaşı və üç qızı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Yaşadığı evin və torpaq sahəsinin özəlləşdirilməsi üçün “ASAN xidmət”ə müraciət etmişdir. Ona bildirmişlər ki, sözügedən sərəncamlarla şəxsiyyətini təsdiq edən sənədlər arasında uyğunsuzluq var. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.04.1997-ci il tarixl, 406 nömrəli və 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamlarında texniki səhvə yol verilərək ata adı Məhəmmədəli əvəzinə Məhəmməd yazılmışdır. Bu səbəbdən ona ayrılan torpaq sahəsinin və həmin torpaq sahəsində tikdiyi yaşayış evinin adına sənədləşdirilməsi mümkün deyil. Doğum haqqında şəhadətnaməsində və şəxsiyyətini təsdiq edən sənəddə ata adı Məhəmmədəli kimi yazılmışdır. Hər iki sərəncama düzəliş edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Müraciətinə 21.06.2021-ci il tarixli, H123-091 saylı məktubla sözügedən sərəncamların arxivə verilməsi əsas gətirilərək düzəlişin mümkün olmadığı bildirilir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.03.1967-ci il tarixdə verilmiş, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (atası X5, anası X6) xx.xx.1967-ci ildə Göyçay rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.03.1967-ci ildə 152 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon VVAQ Şöbəsi tərəfindən 25.08.1999-cu il tarixdə verilmiş, Vİİ-JQ 358203 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X1 arasında 27.02.1990-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27.02.1990-cı il tarixdə 223 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.08.1997-ci il tarixli, 406 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Saray küçəsi, 12/2 ünvanında 400 m2 torpaq sahəsi ayrılmasına sərəncam verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş X2 1998-ci ildə tikilmiş, 513.10 m2 torpaq sahəsində yerləşmiş, sahəsi 49.50 m2 olan üç yaşayış otağından, sahəsi 77.20 m2 olan köməkçi otaqlardan, həyətyanı tikintilərdən ibarət Qaraçuxur qəsəbəsi, Saray küçəsi, 12/2 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsinə sərəncam verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış 21.06.2021-ci il tarixli məktubdan görünür ki, 1997-1999-cu illər də daxil olmaqla RİH-in sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən qaldırılmış məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.08.1997-ci il tarixli, 406 nömrəli, eləcə də 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamları ünvan 4 ünvanında yerləşən 400 m2 torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün ayrılması və bu ünvanda tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyətçinin müəyyən edilməsi ilə bağlı hər iki sərəncamı Ərizəçi adına verilmişdir. Lakin Ərizəçi ata adı və soyadı ilə bağlı hər iki sənəddə texniki səhvə yol verilmişdir. Belə ki, hər iki sərəncamda da ərizəçinin ata adı “Məhəmmədəli” yerinə “Məhəmməd” kimi göstərilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində ərizəçinin ata adı “Məhəmmədəli” kimi qeyd edilmişdir. Bundan başqa, müvafiq sərəncamlarda ərizəçinin nikaha qədər olan soyadının “Əhmədova” olduğu, nikahdan sonra ona “Hüseynova” soyadı verildiyi nəzərə alınmamış, ərizəçinin nikahdan əvvəlki soyadından istifadə edilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş nikah haqqında şəhnadətnamədən də görünür ki, nikahdan sonra ərizəçinin soyadı ərinin soyadına uyğun olaraq “Əhmədova”dan “Hüseynova”ya dəyişmişdir. Belə olan halda məhkəmə müvafiq sərəncamlarda Ərizəçi soyadı və ata adının yazılışında səhvə yol verildiyi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa həmin Qərarda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.04.1997-ci il tarixli, 406 nömrəli və 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamlarının Ərizəçi qızına məxsus olması faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 adına verilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03.04.1997-ci il tarixli, 406 nömrəli və 02.06.1999-cu il tarixli, 1128 nömrəli sərəncamlarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar