Məhkəmə qərarları › İş №2(010)-4373/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4373/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4373/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi) "hüquqi faktın müəyyən edilməsi"tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən *968-ci ildə ünvan 5 dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasma və qiymətləndirilməsinə aid pasportun Ərizəçi mərhum atası X4 məxsus olması faktının müəyyən olunması. Tələbin dəlilləri Ərizəçi atası X6 *8.05.*997-ci il tarixində dünyasını dəyişmişdir. Onun vəfatından sonra isə Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış və miras paya dair payları müəyyən edilmişdir. Bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də təqdim edilmişdir. Bundan başqa, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən *968-ci ildə ünvan 5 atası X3 mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən-mərhum atasının sağlığından bu günki günədək sözü gedən əmlak onların daimi istifadəsində olmuşdur. Belə ki, ərizəçinin mərhum atasına verilmiş, əmlakdan ərizəçi hal-fıazırda istifadə edir, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyir. Lakin sözü gedən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasına və qiymətləndirilməsinə dair pasportunda mərhum atası X3 adında yanlışlığa yol verilmişdir, belə ki, X6 yerinə X2 qeyd edilmişdir. Buna baxmayaraq bütün sənədlərdə ölüm haqqında şəhadətnamə, evlənmək haqqında şəhadətnamə, ərizəçinin övladına məxsus doğum haqqında şəhadətnamədə, təltif edilmiş medallarda atasının adı Allahyar olaraq düzgün şəkildə qeyd edilmişdir. Sadəcə sözügedən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasına və qiymətləndirilməsinə dair pasportda mərhum atasının adında qeyd edilən hərf yanlışlığının olması səbəbindən ərizəçi bu gün bir çox hüquqi proseduru, o cümlədən, sözü gedən əmlakın özəlləşdirilməsini həyata keçirmək imkanından məhrum olmuşdur. Belə olduğu halda bir sıra hüquqlarını həyata keçirə bilmək üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəmələrinə ümid edir, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən *968-ci ildə ünvan 5 dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasma və qiymətləndirilməsinə dair pasportunun mərhum atam X4 məxsus olması faktının müəyyən olunmasını qanunauyğun hesab edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 02.*0.*967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*xx.xx.*959-cu ildə doğulmuş və valideynləri X6 ilə X8r. Suraxanı rayonu Hövsan qəsəbə nümayəndəliyi tərəfindən *3.06.*997-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 *8.05.*997-ci il tarixdə ölmüşdür. Orcanikidze rayon VVAQ burosunun 27.08.*967-ci il tarixdi verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X6 ilə X*2 arasında nikah 27.08.*967-ci ildə qeyd olunmuşdur. 27.09.20*2-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, *8 may *997-ci ildə vəfat etmiş X3 vərəsələri: Bakı şəhəri, ünvan 3-də qeydiyyatda olanlar: Həyat yoldaşı: X** və qızı: Ərizəçi hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: əmanət kitabçasına əsasən mərhum X3 adma olan Kapital Bankdakı 3202 saylı hesabda olari köhnə əmanət pulundan və cari qalıqdan ibarətdir. Evin texniki pasportundan görünür ki, Orcanikidze rayon Hövsan qəsəbəsi, Primorskaya küçəsi, ev 29 X5 adına Vİİİ-*972-ci ildə tərtib edilmişdir. *4* saylı **.03.*968-ci il tarixdə verilmiş müqavilədən görünür ki, Təmir-Tikinti İdarəsinin adından X*6 ilə X6 arasında müqavilə bağlanmış və evin təmir-tikinti üçün ümumilikdə 50*.03 rubl təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *4.08.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, ünvan 2anında olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə arayışın verilməsi ilə bağlı 2430*280*3 nömrəli, **,07.2024-cü il tarixli ərizəsinə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilik ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən və idarənin arxivində mövcud olan texniki pasportda hüquq sahibi kimi “Əliyar Litif oğlu” qeyd olunsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə “Allahyar Lətif oğlu” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun **.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatine alınmasından imtina edilmişdir. Suraxanı rayon İHB-nın Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2*.*0.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi qeydiyyatda olduğu ünvan 3 ünvanı Texniki pasportda Dənizkənarı küçəsi ev 29, Smeta sənədində isə Dənizkənarı küçəsi ev 5 kimi göstərilmişdir. Hər üç sənəd üzrə olan ünvan şəxsiyyət vəsiqəsində göstərildiyinə müvafiq olaraq ünvan 4 ünvanıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2*7.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5 Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3** Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən *968-ci ildə ünvan 5 Ərizəçi mərhum atası X4 məxsus olmuşdur. Hazırda ərizəçi sözügdən evdə qeydiyyatda olmaqla yaşayır. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda «X6» əvəzinə səhvən «X*0» yazılmışdır. Ərizəçi, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən *968-ci ildə ünvan 5 dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasma və qiymətləndirilməsinə aid pasportun Ərizəçi mərhum atası X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, ünvan 5 ünvanına dair *968-ci ildə verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasma və qiymətləndirilməsinə aid pasportun «X*0» hissəsi «X6» oxunmaqla həmin sənədin X4 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 5 ünvanına dair *968-ci ildə verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılmasına və qiymətləndirilməsinə aid pasportun «X*0» hissəsi «X6» oxunmaqla həmin sənədin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar