Məhkəmə qərarları › İş №2(010)-4396/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4396/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4396/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Maraqlı şəxs tərəfindən 1985-ci ilin iyun ayında tərtib edilmiş 826 saylı doğum haqqında akt qeydində adının “Bahar” yazılmasının düzgün olmamasının, onun adının “Könül” olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1985-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun doğum qeydi Maraqlı şəxs tərəfindən xx xxxx 1985-ci ildə 826 saylı doğum haqqında aktla qeydə alınmış və ona bununla əlaqədar doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş ilkin şəhadətnamədə onun adı düzgün olaraq “Könül” yazılmış və o, sonradan şəxsiyyət vəsiqəsi alan zamanda da adı həmin doğum haqqında şəhadətnaməyə əsasən “Könül” kimi qeyd edilmişdir. Lakin sonradan o, soyadının sonluğunu dəyişmək üçün Maraqlı şəxsnə təkrar doğum haqqında şəhadətnamə almaq üçün müraciət edən zaman, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə ona təkrar şəhadətnamə verilməkdən imtina edilmiş və əsas kimi Bakı şəhəri Maraqlı şəxs xx.xx.1985-ci il tarixli 826 saylı doğum haqqında akt qeydində adının “Könül” deyil, “Bahar” qeyd edilməsi göstərilmişdir. Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli məktubu olmadığından qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Qeyd edir ki, onun adı heç bir sənədində Bahar olmamış, bu səbəbdən də Könül yazılmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ərizə təqdim edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qızıdır. Onun qızı xx.xx.1985-ci il tarixdə anadan olmuş və ona təkrar doğum haqqında şəhadətnamə alınmış və orada adı Könül kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X1, anası X5 qızıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, onun soyadı Süleymanova, adı Könül, ata adı Nəcəf kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 22.09..2020-ci il tarixli məktubda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göstərilənlərə əsasən doğum haqqında akd qeydində adının “Könül” olmasına dair heç bir qeyd olmadığı üçün, ərizənizin qeydiyyat şöbəsi tərəfindən icrası mümkün deyildir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs xx.xx.1985-ci il tarixli 826 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X6” qızı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Bu Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1985-ci il ildə Bakı şəhərində anadan olmuşdur. Onun doğum qeydi Maraqlı şəxs tərəfindən aparılmış və doğum akt qeydində onun adı “Bahar” kimi yazılmış və sonradan ona təkrar doğum haqqında şəhadətnamə verilmiş və adı “Könül” kimi yazılmışdır. Lakin sonradan o, soyadının sonluğunu dəyişmək üçün Maraqlı şəxsnə təkrar doğum haqqında şəhadətnamə almaq üçün müraciət edən zaman, Bakı şəhəri Maraqlı şəxs xx.xx.1985-ci il tarixli 826 saylı doğum haqqında akt qeydində adının “Könül” deyil, “Bahar” kimi yazılmasını aşkar etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi məxsus olan xx.xx.1985-ci il tarixli 826 saylı doğum haqqında akt qeydində qeydin düzgün olmaması müəyyən edilməli, həmin qeyd düzəldilməli, şəxsin adının “Bahar” kimi yazılması barədə qeyd, “Könül” kimi göstərilməklə həmin qeydə düzəliş edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi məxsus olan xx.xx.1985-ci il tarixli 826 saylı doğum haqqında akt qeydində qeydin düzgün olmaması müəyyən edilsin, şəxsin adının “Bahar” kimi yazılması barədə qeyd, “Könül” kimi göstərilməklə həmin qeydə düzəliş edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydində qeydə düzəliş edilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar