Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4405/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Notariat Arxivi, Suraxanı RİHBnin Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi və X4 olmaqla) vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi və s. tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Notariat Arxivi, Suraxanı RİHBnin Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi və X4 olmaqla) vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 nümayəndəsi İddiaçı 10 saylı Notariat Ofisinə ünvanlanan xx.xx.2023-cü il tarixli 01/047 №li sorğusuna göndərilmiş 08 iyul 2023-cü il tarixli 243 N2İİ cavab məktubunun həqiqətə uyğun olmamaqla qanunsuz hesab edilməsi, 10 saylı Notariat Ofisinin xx.xx.2012-ci il tarixli 2V/2-749 №li vərəsəlik hüququna dair şəhadətnamənin qismən etibarsız hesab edilməsi, Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundakı "xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2 " məlumatı ilə 10 saylı Notariat Ofisinin 21 dekabr 2023-cü il tarixli məktubundakı "xx.xx.1998-ci ildə vəfat etmiş Əhmədağa Eynulla oğlu" məlumatlarındakı ziddiyətin qanunsuz hesab edilməsi, Cavabdeh2 xx.xx.2012-ci il tarixli müraciəti əsasında açılmış vərəsəlik işi üzrə yenidən araşdırma aparılması, X1 adından etibarnamə əsasında İddiaçı müraciəti əsasında notariat hərəkətlərinin aparılmasından imtinanın qanunsuz hesab edilməsi, X3 vərəsəlik hüququna dair şəhadətnamə verilməsinə yönələn notariat hərəkətlərinin aparılması vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 1 saylı Bakı ərazi idarəsi, Dövlət Notariat Arxivi, Suraxanı RİHB-nin Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati mühabisə ilə əlaqədar olan tələbdir. Belə ki, məhkəmə iclasında müəyən edilmişdir ki, iddiaçının tələbi üçüncü şəxsin səlahiyyətli nümayəndəsi kimi qeydə alınmamaqla bağlıdır. İddia tələbinin başlığı vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi olsa da, əslində tələbin mahiyyəti inzibati xarakterlidir, elə iddiaçının şikayəti də imtina edən orqanın hərəkətindəndir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəlcə müvafiq inzibati orqana tələbdə qeyd olunan notariat hərəkətlərin aparılması ilə əlaqədar müraciət etməli, həmin orqan tələbdən imtina edəcəyi təqdirdə isə bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Beləliklə, hazırkı tələbə mülki icraat qaydasında rayon-şəhər məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi, Dövlət Notariat Arxivi, Suraxanı RİHBnin Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi və X4 olmaqla) vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi və s. tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, əvvəlcə müvafiq inzibati orqana tələbdə qeyd olunan notariat hərəkətlərin aparılması ilə əlaqədar müraciət etməli, həmin orqan tələbdən imtina edəcəyi təqdirdə isə bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4405/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4405/2025
02.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver