Məhkəmə qərarları › İş №2(010)-445/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-445/2022

12.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-445/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun qızı X6 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə 1-ci dərəcəli əlillik qrupu verilmiş və onun kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən edilmişdir. 15 saylı Birləşmiş Şəhər Xətəxanasının 12.11.2021-ci il tarixli 1208 a/k 2000 saylı arayışından görünür ki, X9 debillik dərəcəsində əqli zəiflik diaqnozu ilə kənar şəxsin yardımına ehtiyacı olmaqla müəssisənin psixatiriya kabinetində dispanser qeydiyyatındadır. O, qızı üzərində qəyyum təyin olunmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də ona imtina olunaraq 25.10.2021-ci il tarixli məktubla bildirilmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra onun üzərində qəyyum təyin oluna bilər. Qızı debillik dərəcəsində əqli zəiflik xəstəliyi nəticəsində özünü idarə edə bilmir. Belə ki, yaddaşı olmadığı üçün əşyaları hara qoyduğunu bilmir, kimə nə verdiyini xatırlamır və hara getdiyini və haradan gəldiyini yadda saxlaya bilmir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Zarafşan rayon VVAQ şöbəsi tərəfindən 10.09.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 08.09.1984-cü ildə doğulmuş və valideynləri X10 ilə Ərizəçidır. TSE-O seriyalı 358121 saylı arayışından müəyyən olunur ki, 1984-cü ildə anadan olmuş X9 uşaqlıqdan birinci qrup əlildir. Suraxanı rayon İcra Hakimiyyətinin 25.10.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 08.09.1984-cü il təvəllüdlü X9 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının 12.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 08.09.1984-cü il təvəllüdlü X9 müəssisənin psixiatrik kabinetində qeydiyyatdadır. Diaqnozu: Debbilik dərəcəsində əqli gerilik 1 əlil. 23.07.1983-cü ildə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X4 arasında nikah 23.06.1983-c ildə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 09.02.2022-ci il tarixli 328 saylı rəyinə əsasən müəyyən olunur ki, X7 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F71) qeyd olunur. Bunu mülki işdə olan anamnestik məlumatlar və tibbi sənədlər-erkən yaşlarından psixofiziki inkişafda geri qalması, nitqinin qüsurlu, söz ehtiyatının kasad olması, anası tərəfindən davranış pozuntularının təsvir edilməsi, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının psixiatriya kabinetində “Debillik dərəcəsində əqli gerilik” diaqnozu ilə qeydiyyatda olması, 3 saylı TSEK-də müayinə olunarkən xəstəliyi ilə əlaqədar İ dərəcəli əlilliyin təyin edilməsi və sair sübut edir. X7 orta dərəcəli əqli gerilik davranış pozuntulan ilə qeyd olunur. X5 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında “Debillik dərəcəsində əqli gerilik” diaqnozu ilə qeydiyyatda olması, anasının verdiyi məlumata əsasən tez-tez davranış pozuntularının qeyd olunması, həmçinin 3 nömrəli Zona TSEK- in arayışına əsasən kənar şəxsin köməyinə ehtiyacı olan şəxs kimi əlil hesab edilməsi, belə güman etməyə əsas verir ki, X7 davranış pozuntuları ilə müşayiət olunan orta dərəcəli əqli gerilik qeyd olunur. X3 qeyd olunan əqli gerilik və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətində deyil. X9 öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara adekvat reaksiya verməyə qadir deyil. X3 qeyd olunan əqli gerilik və davranış pozuntuları nəticəsində məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 08.09.1984-cü il təvəllüdlü X9 Ərizəçi qızıdır. Ərizəçinin qızı 08.09.1984-cü il təvəllüdlü X7 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71) aşkar olunur. X3 qeyd olunan əqli gerilik və davranış pozuntuları nəticəsində öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətində deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 08.09.1984-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.09.1984-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar