Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-446/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 xx.xx.2013-cü il tarixli müqavilələr ilə əldə etdiyi mənzillərdən həyat yoldaşı İddiaçı düşən kooperativ paylardan imtina etməsinə dair onun Bakı şəhəri 24 saylı notariat kontorunda imzalamış olduğu sənədlərin etibarsız hesab edilməsi, alınmış vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və onların hüquqi nəticələrinin (çıxarışların) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili nümayəndəsi Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X2 xx.xx.2013-cü il tarixli müqavilələrlə əldə etdiyi mənzillərdən ona düşən kooperativ paylardan imtina etməsinə dair imzalamış olduğu və 24 saylı notariat kontorunda imzasının həqiqiliyi təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoru mülki iş üzrə məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onunla X4 arasında Suraxanı Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixində 898 nömrə ilə nikah qeydə alınmış və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Həyat yoldaşı X2 öldüyü tarixə qədər (xx.xx.2017-ci il) Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 29, mənzil 130 ünvanında onunla və övladları ilə bir yerdə yaşamış və 2018-ci ilin oktyabr ayından etibarən yaşadıqları həmin mənzili qaynanası və qaynatasının dözülməz hədə və təhqirləri nəticəsində tərk edərək, Masallı rayonu, Türkoba kəndinə öz anasının yanına qayıtmaq məcburiyyətində qalmışdır. Həyat yoldaşı X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 74 saylı binanın fasadının rənglənmə işlərini apararkən 7-ci mərtəbədən yıxılaraq həyat üçün təhlükəli xəsarətlər almış və nəticədə xx.xx.2017-ci il tarixdə X12 dünyasını dəyişmişdir. X4 vəfat etdikdən sonra 2017-ci ilin dekabr ayında mərhumun işlədiyi yerin müdiriyyəti tərəfindən ona ərinin ölümü ilə əlaqədar Bakı şəhərində 18 saylı notariat kontorunda 20.000 manat dəyərində pul vəsaiti ödənilmişdir. Sözügedən məbləğ 2018-ci ilin mart ayında qaynatası X3 tərəfindən ona ev alınacağı adı ilə aldadılaraq mənimsənilmiş və bundan əlavə də özünün 2000 manat məbləğində pulunu aldatma yolu ilə (ev alınma bəhanəsi ilə) M.Səfərova aid “Sberbank” da mövcud olan bank hesabına yatırılmışdır. Beləliklə mülkiyyətinə verilmiş pul məbləğindən məhrum edilməyindən əlavə olaraq, aldatma və hədə altında bir sıra əqdlər bağlamağa məcbur edilmişdir. Belə ki, o, “xxxx” MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.4 kv.m olan, 2 otaqlı 23 saylı və “xxxx” MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m olan 1 otaqlı 7 saylı mənzillərə olan kooperativ paylarından məhrum edilmişdir. Belə ki, qaynatası və qaynanası onu aldadaraq sənədlərə qol çəkdiriblər. Sənədləri oxuyanda pis olduğu üçün oxumayaraq sadəcə imza etmişdir. Həyat yoldaşının vəfatının ili bitməmiş və o dövrdə dəfələrlə hadisənin, yəni ölümün necə baş verməsi il bağlı bir sıra məsələləri hüquq mühafizə orqanlarından, məhkəmədən eşitdiyi üçün psixologiyası pozulmuş və hər hansı sənədi oxuyub qavrayacaq vəziyyətdə olmamış və ona görə də imzaladığı sənədləri oxumamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı 2018-ci ilin mart ayında öz qaynatası X3 tərəfindən mərhum həyat yoldaşının hüquqi varisi kimi guya bəzi məhkəmə sənədlərinə imza etməli olduğu bildirilərək Qaraçuxur qəsəbəsində yerləşən 24 saylı notariat kontoruna aparılmışdır. İddiaçının bildirdiyinə görə qaynatası notariat kontorunun notariusu ilə gizlincə nəsə danışmış, notariat kontorunda aparılmış heç bir əməliyyat şifahi şəkildə iddiaçıya izah edilməmiş və o, öz növbəsində oxumadan bütün təqdim edilən sənədlərə imza etmişdir. Bundan əlavə, İddiaçı Bakı şəhərində yerləşən 24 saylı notariat kontorunun notariusu X5 nə xidməti otağında olmuş, nə də ona nəyə imza etdiyi bildirilməmişdir. İddiaçı notariat kontorundan çıxdıqdan sonra yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 29, m. 130 üvanına qayıtdığı zaman qaynatası X3 ona və uşaqlarına məxsus şəxsiyyət vəsiqələrini onlardan götürmüş və az öncə notariat kontorunda imzaladığı sənədlərin, əslində mənzillərdən ona düşən kooperativ paylardan və vərəsəlikdən imtina olduğu bildirilmişdir. Bu sözləri eşitdikdən sonra iddiaçı etirazını bildirdikdə isə, qaynatası tərəfindən “qızım sən ərsiz qadınsan və sənin adında hər hansı əmlak və pul olsa səni oğurlayarlar və uşaqlarına zərər verərlər” kimi ifadələr işlədilərək, əsla narahat olmaması bildirilmişdir. İddiaçıya həyat yoldaşının ölümündən sonra qaynana və qaynatası tərəfindən dəfələrlə onlarla birlikdə Rusiya Federasiyasına gedərək orada yaşaması təklif edilmiş və əgər onlarla getməyəcəyi təqdirdə nəvələrinin xaricə çıxışına razılıq verməsi tələb edilmişdir. İddiaçı isə öz növbəsində həyat yoldaşının öldüyü tarixdən heç bir il keçmədiyini və gələcəkdə öz ailəsinin də razılığı ilə belə halların ola biləcəyini bildirmişdir. Bu məsələlər onların istədiyi kimi olmadıqda isə iddiaçı öz qaynata və qaynanası tərəfindən özünün kooperativ paylarından aldatma yolu ilə sənədlərə imza etdirilməklə məhrum edilmişdir. İddiaçı tərəfindən öz hüquqları tələb edildikdə isə müxtəlif bəhanələrlə aldadılmış, hədələr edilmiş və nəhayət 2018-ci ilin oktyabr ayında bir mənzildə yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 29, m. 130 ünvanında qaynata və qaynana tərəfindən İddiaçı uşaqları tələb edilmiş və ona “uşaqları bizə təhvil ver, bizə heç cür nəsə edə bilməzsən, heç kimin və heç nəyin yoxdur artıq və özün isə get həyatını necə istəsən, yaşa” kimi təhqiramiz ifadələr işlədilmişdir. Bu cür ailədə artıq yaşamağın dözülməz olduğunu görən İddiaçı həmin gündən etibarən yaşamaq üçün övladları ilə birlikdə Masallı rayonu, Türkoba kəndinə öz anasının yanına qayıtmışdır. Bundan əlavə, iddiaçının həyat yoldaşının ölümündən sonra mərhumun işlədiyi şirkət tərəfindən həyat yoldaşına ödənilmiş 20.000 manat məbləğində pulun qaynata X3 və qaynana X7 tərəfindən aldatma və etibardan sui istifadə nəticəsində mənimsənilməsinə dair Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlıanmış şikayət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon polis idarəsinin 33-cü polis bölməsində araşdırılmış və nəticədə iddiaçıya mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. İddiaçı hazırki dövrdə də məhkəməyə iddia verərkən həyatı və övladları risk altındadır və mərhum yoldaşının valideynləri və qohumları tərəfindən hədələnir. İddiaçı ona çatmalı olan mülkiyyətdən qanunsuz məhrum edilmişdir. İddiaçının ali təhsili yoxdur və savadsızdır. Ona görə də, o, ona təqdim olunan sənədləri oxumadan imzalayıb. İddiaçı hətta Bakı şəhərini də yaxşı tanımır. İmtina barədə notariusda 1693 və 16994 reyestr nömrəli ərizələr var. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının və onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 498774 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Həşimova Ülviyyə Hakim qızı arasında xx.xx.2009-cu ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin sentyabr ayının 05-ci günündə 898 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X18 X11 X8 xx.xx.2017-ci il tarixli 122 №-li arayışından görünür ki, 1984-cü il təvəllüdlü mərhum X4 2017-ci il tarixdə “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinə gətirilmiş və məhkəmə-tibbi müayinədən keçirildikdən sonra dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 X16 tərəfindən Azərbaycan Respublikası Vəkillər kollegiyası "Ədalət" Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli, 462 №-li məktubdan görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X2 adından vərəsəlik işi açılmamış, İddiaçı adından isə elektron notariat informasiya sistemində yoxlama aparılan zaman xx.xx.2018-ci il tarixli 8i/1693, 8i/1694 reyestrlə qeydiyyatdan keçmiş ərizə aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 X16 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 755 №-li məktubdan görünür ki, İddiaçı notariat ofisinə xx.xx.2017-ci ildə vəfat etmiş X2 müqavilə ilə əldə etdiyi mənzillərdən ona düşən paydan imtina etməsi ilə əlaqədar müraciət etmişdir. Mirasın qəbulu, imtinası və şəhadətnamənin verilməsi barədə qanunvericiliyin tələbi tərəfə izah edilmişdir. Ərizənin nüsxəsi olmur. Ərizə 8i reyestrdə qeydiyyatdan keçirildikdən sonra tərəfin özünə verilir. Məlumat “Elekton notariat” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və X2 adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. “Elekton notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı notariat ofisinə xx.xx.2017-ci ildə vəfat etmiş X2 müqavilə ilə əldə etdiyi mənzillərdən X1 xeyrinə ona düşən paydan imtina etməsi ilə əlaqədar müraciət etmişdir. Ərizələr müvafiq olaraq 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə araşdırması iddiaçı tərəfin izahatlarından müəyyən olunmuşdur ki, İddiaçı ümumilikdə mirasın qəbul edilməsindən imtina etmək niyyətində olmamış və mübahisələndirilən ərizələri yalnız mərhum həyat yoldaşının hüquqi varisi kimi bəzi sənədlərinə qol çəkməli olduğu məqsədilə ilə yazmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 №li Qərarı ilə təsdiq olunmuş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndində göstərilmişdir ki, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Lakin məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, notarius tərəfindən İddiaçı xx xxxx 2018-ci il tarixli ərizələri təsdiq olunarkən, həmin ərizənin mahiyyəti və hüquqi nəticələri ona izah olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2.1-ci maddəsinə görə şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi vacib əhəmiyyətli yanılma hallarındandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir İddiaçı Bakı şəhəri 24 X16ndə xx xxxx 2018-ci il tarixində X1 xeyrinə vərəsəlikdən imtinaya dair verdiyi ərizə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 24 X16ndə xx xxxx 2018-ci il tarixində 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuş İddiaçı X1 xeyrinə vərəsəlikdən imtinaya dair verdiyi ərizələr etibarsız hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-446/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-446/2021
17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver