Məhkəmə qərarları › İş №2(010)-4464/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4464/2023

14.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4464/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı “Bakı Asan Xidmət” mərkəzində Notariat Ofisi və * saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı “Bakı Asan Xidmət” mərkəzində Notariat Ofisi və * saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 6-cı Balandin döngəsi, ev 4, * saylı mənzilin Cavabdeh* tərəfindən Cavabdeh2 85.*** manata satılması barədə 4 saylı “Bakı Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 26.*7.2*23-cü il tarixdə reyestrdə 4Ə-*544 nömrə ilə qeydə alınmış “daşınmaz əmlakın alqı-satqısı müqavilə”sinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh2 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 73.*-ci maddəsinə görə, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.*-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə qeyd edir ki, göründüyü kimi hazırki iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalansa da, lakin AR-İİİ seriyalı, **5*89 nömrəli, 26.*4.2*23cü il tarixli həmin etibarnamədən görünür ki, etibar edən İddiaçı tərəfindən etibar edilən X2 AR Mülki Prosessual Məcəlləsini 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərin həmin etibarnamə vasitəsilə verilməsi müəyyən edilmir. Yəni, nümayəndə qismində çıxış edən X* iddiaçının adından yuxarıda qeyd olunan maddədə nəzərdə tutulan prosessual hərəkətləri yerinə yetirmək hüququnun olması müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, 4 saylı “Bakı Asan Xidmət” mərkəzində Notariat Ofisi və * saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş *** manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra ** gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar