Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4487/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülki hüquq normalarına zidd hesab edilməsi, 10.05.2020-ci il tarixli müqavilənin ləğv edilməsinə, MTK-nın sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılmasına, mənzilin satışından əldə olunan vəsait hesabına cavabdeh tərəfindən ödənilmiş pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 15.09.2021-ci il tarixli 2(010)-4487/2021 saylı qərardadı ilə (hakim T.Məmmədovun sədrliyi ilə) İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edib işə yenidən baxılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X1 Suraxanı rayon məhkəməsinin 2(010)-4487/2021 saylı 15.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-4487/2021 saylı 15.09.2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı 01.11.2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İş üzrə məhkəmə iclası tərəflərin iştirakı olmadan 01.11.2021-ci il tarixində keçirilərək mülki iş 29.11.2021-ci il tarixinə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər üzrlü səbəb göstərmədən 29.11.2021-ci il tarixdə, saat 10:50də keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4487/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4487/2021
29.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver