Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3644/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi” tələbinə dair iddiası təmin edilərək iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 may 2019-cı il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1754/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4490/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı MTK-nın şikayəti təmin edilməmiş və şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4490/2021 saylı 26.10.2021-ci il tarixli qətnaməsi 05.11.2021-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 isə 07.12.2021-ci il tarixdə adıçəkilən qətnamədən apellyasiya şikayətini elektron məhkəmə sisteminə əlavə etmişdir. İşdən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü X1 15.09.2021-ci ildə səhhəti ilə bağlı həkim N.Bayramova müraciət etmiş və xəstə 17.09.2021-ci ildə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Müalicə laparoskopik xolesistektomiya. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1754/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehə izah etmişdir ki, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün müvafiq qaydada vəsatət versin və buraxılmış müddətin üzrlü olmasını təsdiq edən sübutlar(sənədlər) məhkəməyə təqdim etsin. Ancaq cavabdeh tərəf qərardaddan şikayət verməyi uyğun seçmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi müddətin bərpası barədə vəsatətdə göstərilənləri üzrlü hesab etməkdə haqlı olmuşdur. İkincisi, apellyasiya şikayətinin formasına riayət edilməklə elektron kabinet vasitəsilə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(010)-4490/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3644/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3644/2022
26.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver