Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4488/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, mənzilin satışından əldə olunan vəsait hesabına ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, mənzilin satışından əldə olunan vəsait hesabına ödənilmiş pulun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehin hərəkətlərinin mülki-hüquq normalarına zidd hesab edilməsi, 28.08.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, MTKnın sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, mənzilin satışından əldə olunan vəsait hesabına cavabdeh tərəfindən ödənilmiş pulun qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin əsli iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin mübahisələrin həllini nəzərdə tutan 6-cı maddəsinin 2-ci bəndində qeyd edilir ki: “Tərəflər bu Müqvilədən irəli gələn bütün mübahisə və anlaşılmazlıqları ilk növbədə danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər”. Bunun davamı olaraq 3-cü bənddə qeyd edilir: “Mübahisə danışıqlar yolu ilə həll edilmədikdə, tərəflər mübahisəni baxılmaq üçün Azərbaycan Respublikasının məhkəmələrinə təqdim edəcəklər”. Göründüyü kimi, tərəflər arasında müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda iddiaçı əgər müqavilənin icrasında hər hansı problem yaranıbsa bu barədə ilk növbədə, Cavabdeh məlumat verilməli, ona pretenziya məktubu ilə rəsmi müraciət edilməli, onun bu müraciətə cavab verməsi üçün müəyyən müddət gözlənilməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut (əslini) təqdim edilməli idi. Hazırkı iddia ərizəsinə isə bütün sənədlərin, eləcə də cavabdehə göndərilmiş bildiriş surəti əlavə edilmişdir. Belə olan halda mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bu Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, mənzilin satışından əldə olunan vəsait hesabına ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4488/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4488/2021
02.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver