Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4512/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 78 manat 30 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 248 manat 30 qəpi məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 63 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 56 saylı ünvanda yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvandan Əsgərov Xaliq əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi xx.xx.2012-ci il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə xx.xx.2012-ci ildə son qoyularaq həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə xx.xx.2013-cü il tarixdə son baxış keçirilmişdir. Sonra xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 2580K saylı akt tərtib olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədən 9 manat və xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi xx.xx.2013cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixə qədər olan müddət 261 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə 78 manat 30 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbi üzrə iddia müddəti keçmişdir. Bundan əlavə o qeyd etmişdir ki, həmin mənzildə kabel şəbəkəsinə qoşulma halı olmamışdır. Belə ki, o, bu mənzilin mülkiyyətçisi olsa da mənzildən istifadə etmir və heç vaxt həmin mənzildə KATV1 şəbəkəsi abunəçisi olmamışdır. Onun tərtib edilmiş aktdan da xəbəri yoxdur. Bu akt iddiaçı tərəfindən onun iştirakı olmadan tərtib edildiyinə görə şübhəlidir. Digər tərəfdən əgər iddia ərizəsində göstərildiyi kimi şəbəkəyə qanunsuz qoşulma halı həqiqətən olsa idi iddiaçı bundan dərhal xəbər tuturaraq qoşulmanı dayandırar və aylarla gözləməzdi. O, qeyd qeyd etdi ki, iddia müddəti keçmişdir. Odur ki, iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 84 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 370 saylı arayışdan görünür ki, ünvan 3, mənzil 56 Cavabdeh adınadır və ev heç kim qeydiyyatda deyil. xx.xx.2013-cü il tarixli, 2580 nömrəli “”İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında” aktdan görünür ki, xx.xx.2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 56 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3, mənzil 56 ünvanında yaşayan Əsgərov Xaliq arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2012-ci il tarixinədək son ödəməsini edib. xx.xx.2012-ci il tarixində 22.80 AZN borcla şəbəkədən ayrılıb. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC xx.xx.2013-cü il tarixdə cavadeh Cavabdeh məxsus evdə kabel şəbəkəsinə baxış keçirərək kabel şəbəkəsinə kənar xətt aşkar edərək akt tərtib etmişdir. Hazırda iddiaçı bu aktın tərtib edildiyi tarixədək kənar xətt çəkməklə kabel şəbəkəsindən istifadəyə görə yaranmış borcu cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirmişdir ki, bu akt onun iştirakı, xəbəri olmadan tərtib edilmişdir. O, bu evdə yaşamır və kabel şəbəkəsindən istifadə etməmişdir. Bundan başqa, o, məhkəməyə ərizə verərək məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Hazırkı mülki mübahisədən görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmaması və cavabdehi onun hüququnu pozub-pozmaması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hazırkı işdən görünür ki, iddiaçı müvafiq mənzildə kabel şəbəkəsinə kənar qoşulma olduğunu bildirsə də bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyini sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh bu mənzildə yaşamadığını və kabel şəbəkəsindən istifadə etmədiyini sübut etmişdir. İş materiallarına olan cavabdehin yaşayış yeri barədə arayışlardan da görünür ki, onun yarayış yeri həqiqətən də iddiaçı tərəfindən baxış keçirilmiş mənzil yox, başqa mənzildir. Həmçinin, iddiaçı belə bir pozuntunun olmasını yalnız bir aktla təsdiq edir ki, bu aktda da nə cavabdehin, nə də kənar hal şahidlərinin imzası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kabel şəbəkəsinə çəkilmiş kənar xəttə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olsa da bunun məhz cavabdeh tərəfindən edildiyi, yəni cavabdehin təqsiri sübut edilmədiyindən iddiaçının hüququnun cavabdeh tərəfindən pozulub-pozulmaması sübut edilmir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə və iddia bu əsasla rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad etmişdir. Bu maddədə qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı işdən isə görünür ki, tələb müqavilə tələbi deyil. Belə ki, iddiaçı məhz müqavilə bağlanmadan kabel şəbəkəsinə kənar xətt çəkildiyinə istinad edərək məhkəməyə müraciət etmişdir. Tərəflər arasında heç bir müqavilə yoxdur. Belə olan halda müqavilə tələbləri üzrə iddia müddətinə istinad edilməklə iddia rədd edilə bilməz. Hər bir halda məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin təqsiri, yəni kənar xətti məhz cavabdehin çəkdiyi və bununla iddiaçıya maddi zərər vuranın məhz cavabdeh olduğu sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası cavabdehin təqsiri sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bundan başqa, dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı tələblər nəticə etibarilə əsas tələbin təmin edilib-edilməməsinə bağlı olan törəmə tələblər olduğundan və əsas tələb təmin edilmədiyindən bu tələblər də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4512/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4512/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver