Məhkəmə qərarları › İş №2(010)-4522/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4522/2020

13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4522/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi, qanunsuz və əsassız olaraq hesablanmış 972,00 manat “borc”un abonent hesabından silinməsi və hüquqi xidmətlərin aparılması üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə adlanan ünvanda yaşayır. xx.xx.2017-ci il tarixində ona abonent kodu olan **********0089 saylı mexaniki G-4 10589532 nömrəli qaz sayğacı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən quraşdırılmış və ona təhvil verilmişdir. xx.xx.2018-ci il tarixində qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmiş və nəticədə G-4 markalı 10589532 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Yeni qaz sayğacını istifadə etmək üçün müəyyən ödənişlər etdiyi zamanı yüklədiyi pul vəsaitinin kartdan avtomatik olaraq 50 % itirilməsini bildikdən sonra o, xx.xx.2020-ci il tarixində Bakı Regional Qazın Satışı Departamentinə rəsmi qaydada məsələnin araşdırılmasını və ona rəsmi qaydada bu barədə məlumat verilməsini xahiş etmişdir. Etdiyi müraciət Bakı Regional Qazın Satışı Departamentində araşdırılmış və ona bildirilmişdir ki, “xx.xx.2018-ci il tarixində qaz sayğacının yenisi ilə əvəzlənməsi ilə əlaqədar dövlət yoxlanmasına göndərilmiş və Cavabdeh X1 müayinəsi laboratoriyasının xx.xx.2018-ci il tarixli MSK- 29/1710-01282-3 saylı aktına əsasən “Xətalar normaya uyğun deyil və sayğacın hesablama mexanizminin yan tərəfinin əzilməsi” barədə rəyi verilmişdir. Nəticədə onun xəbəri və iştirakı olmadan xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq əsassız olaraq 972,00 manat borc yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt aşağıdakı əlamətlərə görə əsasızdır. Belə ki, əsas məqam ondan ibarətdir ki, qaz sayğacının yenisi ilə əvəzlənməsi zamanı sayğacın hesablama mexanizminin heç bir tərəfi əzilməmişdir. Əgər bu hal olsaydı xx.xx.2020-ci il tarixli ******* saylı aktın 6 saylı bəndində öz əksini tapardı və həmçinin də, qaz sayğacının yan mexanizminin əzilməsi qazın itirilməsinə səbəb ola bilməz. Sözü gedən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, həmin sayğacın plombu, klapanı və digər texniki göstəriciləri tam yerindədir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Cavabdeh İB-yi tərəfindən istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 972,00 manat tələb olunur. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 972,00 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunması üçün müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından abonentə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız olaraq borc hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi aktın ləğv olunması hissəsində rədd olunmalı, abonent (kod **********00089) İddiaçı tələb olunan 972 manat borc «Cavabdeh» İstehsalat Birliyi tərəfindən silinməlidir. İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti «Cavabdeh» İstehsalat Birliyindən tutularaq İddiaçı verilməlidir. «Cavabdeh» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı (kod **********00089) qaz sərfiyyatına görə tələb etdiyi 972 manat silinsin. Hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti «Cavabdeh» İstehsalat Birliyindən tutularaq İddiaçı verilsin. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar