Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-453/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun övladı xx.xx.2004-cü il təvəllüdlü X4 “uşaq autizmi kanner sindiromu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitq inkişafı pozuntuları İQ-21” xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna ehtiyyacı vardır və müddətsiz İ qrup əlildir. Övladı xx.xx.2004-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Suraxanı Rayon İcra Hakimiyyətində bildirmişdir ki, onun fəaliyyət qabiliyyəti olmayan şəxs edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra məsələyə baxıla bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.2004-cü ildə doğulmuş və valideynləri X3 və Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Psixi Sağlamlıq Mərkəzi» X8 xx.xx.2022-c il tarixli 7435 saylı arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarizlə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnozu «Autizm nəticəsində ağır əqli gerilik F 84.0; F 72.0» Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 3493 saylı rəyindən müəyyən olunur ki, X2 “UŞAQ AUTİZMİ NƏTİCƏSİNDƏ AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ” F 72.1 qeyd olunur. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (doğuş travması ilə doğulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’’ X7 müayinə edilməsi və ona “Autizm nəticəsində ağır əqli gerilik” diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Uşaq autizmi Kanner sindromu. Ağır əqli gerilik .Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitq və inkişaf pozuntuları” diqnozu ilə İ dərəcə əlil olması) həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, stereotip hərəkətlər etməsi, bir yerdə qərar tutmaması, verilən sualları anlamaması, maraq dairəsinin məhdud olması və s.) sübut edir. xx.xx.2004-cü il təvəllüdlü X2 “Uşaq autizmi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntulan ilə” müəyyən edilir. xx.xx.2004-cü il təvəllüdlü X2 “Uşaq autizmi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə” aşkar edilir. xx.xx.2004-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək və ətrafdakılara reaksiya vermək iqtidarına malik deyil. xx.xx.2004-cü il təvəllüdlü X4 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 Ərizəçi qızıdır. Ərizəçinin qızı xx.xx.2004-cü il təvəllüdlü X2 “Uşaq autizmi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntulan ilə” müəyyən edilir və öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək və ətrafdakılara reaksiya vermək iqtidarına malik deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-453/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-453/2023
06.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver