Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4550/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Ərizəyə əlavə olunan xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, həmin arayışda ərizəçi X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 19, mənzil 194-də qaynatasının mənzilində yaşadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, ərizədən göründüyü kimi, qeyd olunan ünvanda barəsində ərizə verilən şəxs X2 deyil, Ərizəçi özünün yaşadığı qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Prosessual qanunvericiliyin qeyd edilən maddəsindən aydın olur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin (barəsində ərizə verilən şəxsin) yaşayış yeri üzrə məhkəməyə verilir. Hazırkı iş üzrə ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində ərizə verilən xx.xx.1960-cı il təvəllüdlü X2 yaşayış yeri Bakı şəh, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küç, ev 73, mənzil 1-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hesab edirəm ki, hazırkı ərizəyə barəsində ərizə verilən şəxsin yaşayış yeri üzrə məhkəmədə baxılmalıdır. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, hazırkı ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4550/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4550/2023
22.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver