Məhkəmə qərarları › İş №2(010)-4554/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4554/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4554/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli CəmiyyətininCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıbaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Samsung” markalı LED televizor üçün 739 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, cəmi 952 manat, İMEİ kodu **********24563 olan “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar üçün 1587 manat ödənilməmiş hissə, 479 manat dəbbə pulu, cəmi 2066 manat, ümumilikdə 3018 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3048 manat məbləğində pulun Cavabdeh İddiaçı-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən “Samsung” markalı LED televizor, “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar almış və nəticədə 3018 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1454 manat olan “Samsung” markalı LED televizor üçün umumilikdə 952 manat olmaqla, ondan 739 manat ödənilməmiş hissə, 213 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2096 manat, “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar üçün ümumilikdə 2066 manat olmaqla, ondan 1587 manat ödənilməmiş hissə, 479 manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1224 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K00181763 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə “Samsung” markalı LED televizor satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh “Samsung” markalı LED televizor üçün 739 manat ödənilməmiş hissə, 213 manat dəbbə pulu, “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar üçün 1587 manat ödənilməmiş hissə, 479 manat dəbbə pulu olmaqla, ümumilikdə 2066 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı əsas borc üzrə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki,Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı “Samsung” markalı LED televizor üçün 20 manat, “Samsung Galaxy A6” markalı və İMEİ kodu **********99724 olan “Samsung Galaxy A6” markalı telefonlar üçün 30 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh "Samsung" markalı LED televizor üçün 739 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 759 manat, İMEİ kodu **********24563 olan "Samsung Galaxy A6, İMEİ kodu **********99724 olan "Samsung Galaxy A 6" markalı telefonlar üçün 1587 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1617 manat olmaqla, ümumilikdə 2376 (iki min üç yüz yetmiş altı) manat məbləğində pul tutularaq İddiaçı-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "Samsung" markalı LED televizor üçün 739 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, cəmi 759 manat, İMEİ kodu **********24563 olan "Samsung Galaxy A6, İMEİ kodu **********99724 olan "Samsung Galaxy A 6" markalı telefonlar üçün 1587 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 1617 manat olmaqla, ümumilikdə 2376 (iki min üç yüz yetmiş altı) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar