Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4582/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən **********00130 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1944 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh” İB-nin əməkdaşları onun iştirakını təmin etmədən və ona rəsmi xəbərdarlıq etmədən yaşadığı evə quraşdırılan G-4 İtron markalı qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. Eyni zamanda “Cavabdeh” İstehsalat Birliyi tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin SOCAR**********3091710X00395 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı RQÖQX X1 və X2 və məişət qaz sayğaclarının yoxlanması laboratoriyasına aparılmış smart-kart tipli qaz sayğacları xx.xx.2018-ci il tarixində yoxlama nəticəsində yararsız hesab olunmuşdur. Onun cərimələnməyi qanunsuz və əsassızdır.Belə ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının köhnə sayğacı necə sökdükləri, sayğacla necə davrandıqları ona məlum deyildir. Sayğacda deşiyin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Ümumiyyətlə sayğac hamı üçün əlçatan yerdədir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Ən azından belə hal olsaydı bu barədə o, dərhal məlumatlandırılmalı idi. Mütəmadi olaraq işlədilən qazın pulunu ödəməyi, hətta bəzi vaxtlarda artıq pul ödəməyi belə sayğaca onun müdaxilə etmədiyini sübut edir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərəkişmateriallarınıaraşdıraraq, hesabedirki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi “texniki baxış” göstərilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus qaz sayğacının labaratoriya yoxlanışı zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İddiaçıya məxsus abonent saldosundan görünür ki, ona 2018-ci ilin 7-ci ayı üçün 1944 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmişdir. Lakin, sonradan dəyişdirilən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir və bu hala görə iddiaçıya itirilmiş qaz səriyatına görə borc məbləği hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, sayğacda zədənin əmələ gəlməsinin iddiaçının təqsirli hərəkətlərinin nəticəsi olması faktı sübuta yetirilmir. Ona görə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbinə sasən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1944 manatın silinməsi barədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında cavabdeh qurum tərəfindən tərtib edilən aktların və iddiaçıya hesablanmış borc məbləğinin əsaslılığına dəlalət edən hallar yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1944 manat məbləğində borc silinməlidir. Qeydolunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-in 216-220və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh "Cavabdeh" İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktına əsasən, **********00130 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4582/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4582/2020
12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver