Məhkəmə qərarları › İş №2(010)-4588/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4588/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4588/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 1172,54 manat borcun №**********000 abonent koduna və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə, ümumilikdə 1202,54 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə №-21305883, abonent kodu-**********000) əsasən Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsi, ev-96 ünvana iddiaçi tərəfindən su təchizatı sistemindən suyun verilməsi xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abanentinə aid olmaqla ötən illər ərzində verilən su və kanalizasiya xidmətinə görə qismən ödəniş etmişdir və nəticədə xx.xx.2020-ci il tarixinə abonentin 1172.54 manat borcu yaranmışdir. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətə görə ödəniş etməmişdir. “Su təchizatı və tullantı suları haqqında ”xx xxxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən istehlakçı su təhcizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təhcizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Abonent Cavabdeh Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsi, ev-96 ünvanına İddiaçı ASC-nin Suraxanı rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində ********* nömrəli su sayğacı quraşdrılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun qardaşı şəhid olduqdan sonra o şəhid ailəsi kimi suya, təbii qaza və işığa görə ödənişlərdən tam azad olunmuşdur. Buna görə də İddiaçı ASC-nin ona qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır. Belə ki, onun İddiaçı ASC-yə xx.xx.2011-ci il tarixə olan 1241,70 manat məbləğində borcu silinmişdir. Həmin vaxtdan 2020-ci ilədək iddiaçı tərəfindən ona su və kanalizasiya xidmətlərinə görə 1172,54 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1202,54 manat məbləğində borc tutulması hesablanmışdır. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ətraflı abonent kartından görünür ki, xx.xx.1997-ci il tarixli, 21305883 saylı müqaviləyə əsasən Cavabdeh 2020-ci il il tarixinə 1172.89 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İddiaçı ASC-nin 93184 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası olduğu yer üzrə Qeydiyyata alınması barədə DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. «Su təchizatı və tullantı suları haqqında» Azərbayçan Respublikası Qanununun 30cu maddəsinə əsasən istehlakcıya verilən suyun həcmi su ölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Bu Qanunun 60-cı maddəsinin 1-ci hissəsinin «a» yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları ücün göstərdiyi xidmətlərə görə mövcud qaydalara uyğun su ölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə təklif edə bilərlər. Həmin Qanunun 62-ci maddəsinə görə qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən 30 gün müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin azı üc gün əvvəlcədən borcluya xəbərdarlıq etmək şərti ilə onun obyektini su təchizatı sistemindən ayırmaq hüququ vardır. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin odənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisənin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 373.3.-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Cavabdeh yeddi nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, ev 96 saylı evdə qeydiyyatda olmaqla yaşamış, sudan və kanalizasiya xidmətindən istifadə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2011-ci ilin may ayından 2020-ci ilin sentyabr ayına kimi su təchizatı və kanalizasiya xidmətlərinə görə 1172.89 manat borc yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia qismən təmin olunaraq Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə sonuncu üç il üçün yaranmış 197,35 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 197,35 (yüz doxsan yeddi manat, otuz beş qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Acıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar