Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-461/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı qəyyumu X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı qəyyumu X1 Cavabdehnə qarşı "aktın ləğv edilməsi və əsassız tutulmuş pulun qazla əvəzləşdirilərək balans şəklində karta qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən əsassız yazılmış Akt № ******* saylı aktın ləğv edilməsi və əsassız tutulmuş 75.4 manatın qazla əvəziləşdirilərək balans formasında karta qaytarılması. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük küçəsindəki (hazırkı Tərlan Şirinov) 29 saylı evin 6 saylı mənzili Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. Cavabdeh İB-nin əməkdaşları xx.xx.20118-ci il tarixdə mənzildəki sayğaca (sayğac küçədə yerləşir) baxış keçirmiş və sayğacda plomb olmamasını aşkar etmiş və bu barədə ******* №-li Akt tərtib etmişlər. Aktı Cavabdeh İB-nin əməkdaşları imzalamış və Aktı İddiaçı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Tərtib olunmuş Akt nəticəsində 439.2 manat cərimə yazılmış və iddiaçının hər ay karta qaz pulu üçün ödədiyi puldan həmin cərimədən 75.4 manat silinmişdir. İddiaçı fəaliyyət qəbiliyyəti olmayan şəxsdir və mən X3 onun qəyyumu təyin edilmişdir. Ünvanda quraşdırılmış sayğac küçədə yerləşir və AKT tərtib olunarkən İddiaçı iştirak etməmiş, Aktı Cavabdeh İB-nin əməkdaşları özləri tərtib edərək imzalamışlar. Tərəflərin izahatları İddiaçı qəyyumu X3 iddia tələbini müdafiə edərək, məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, həmin ünvanda evin mülkiyyətçisi olan oğlu Səbuhi ilə birgə yaşayır. Oğlu Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və rayon İHB-nın xx.xx.2022-ci il tarixli sərəncamı ilə o, oğlu üzərində qəyyum təyin edilmişdir. Evin qaz sayğacı çöldə, yəni küçədədir. O, rayonunda olan zaman qaz idarəsinin iştirakçıları gəlib cərimə yazmışlar, bildirmişlər ki, guya ki, sayğacın torbaya birləşən yerində plomba müdaxilə olub. Lakin nə qaz sayğacına, nə də onun plombuna müdaxilə olunmamışdır. Aktı əsassız hesab edir və həmin aktın ləğv olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının mübahisələndirdiyi akt qanuni və əsaslıdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edildiyinə görə həmin akt tərtib edilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları MH seriyalı 150129 saylı xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov, Vinoqradnaya küçəsindəki 29 №-li yaşayış evinin 6-cı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 218 saylı xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1973-cü il təvəllüdlü övladı İddiaçı üzərində qəyyum təyin edilmişdir (İddiaçı mülkiyyət hüququ saxlanılmaq şərti ilə). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında olmuş və baxış zamanı sayğacda plomb aşkar olunmadı. 06/20xx-xx/2023 tarixlərini əhatə edən Abonentiin saldosundan görünür ki, İddiaçı qalıq və aktlar üzrə borcu 439 manat, təbii qazdan istifadəyə görə 360,30 manat məbləğində borcu vardır. İşin faktiki halları Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş və sözügedən akt istehlakçı İddiaçı məxsus mənzildə baxış zamanı qaz sayğacının flyans birləşmələrində plomb aşkar edilməməsi ilə əsaslandırılmışdır. Həmin akt əsasında ümumilikdə 439.20 manat məbləğində dəymiş zərər hesablanmışdır. İddiaçı akta əsasən hesablanmış 439.20 manat məbləğində borcun silinməsini istəyir. Cavabdeh iddia tələbi ilə razılaşmır və hesab edir ki, akt qanuni və əsaslıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-2.1 Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.
Məhkəmənin gəldiyi nəticə İddiaçı (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki Tərlan Şükürov) küçəsi 29 saylı evin 6A saylı mənzil, abonent kodu **********00061) xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında hesablanmış 439.20 (dörd yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki Tərlan Şükürov) küçəsi 29 saylı evin 6A saylı mənzil, abonent kodu **********00061) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 439.20 (dörd yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova