Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4641/2019 20.11.2019 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Əzimova Pərvanə Nadir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 611,60 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 641,60 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabeh Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış **********001 №-li müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə yaranmış 611,60manat məbləğ ödəməli olduğu halda heç bir ödəniş etməmiş və nəticədə onun 08 may 2019-cu il tarixə 611,60 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcunu ödəməməsi ilə əlaqədar dəfələrlə xəbərdar edilsə də, öhdəliyini icra etməmişdir. Cavabdehin yaşadığı mənzildə ailə tərkibinin 4 nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətinə görə -1 kub.mö0.50 manatx 5 kub.m=2.50 manat, 2.50 manat x 4 nəfər =10 manat, 10 man. X 61 ay= 611.60 manat hesablanmışdır. Ona görə də, iddia tələbinin əsaslı olmasını nəzərə alaraq, xx xxx 2019-cu il tarixə hesablanmış 611,60 manat məbləğində su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranan borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin Q.M.Əzizbəyov küçəsində yerləşən 18 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən su ilə təchiz edilmiş və onlar mütəmadi olaraq hər ay ödənişlər həyata keçirirlər. Həmin saldo üzrə onun borcu yoxdur. Məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, onun adına ikinci dəfə abonent kodu açılmışdır. Lakin həmin hal ona məlum olmamış və belə bir müqavilə bağlamamışdır. Ona görə də iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qisməntəmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və iş materiallarında olan Abonent kartları ilə müəyyən edilmişdir ki,Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin Q.M.Əzizbəyov küçəsində yerləşən 18 saylı ev üzrə **********001 və **********000 saylı abonent kodu açılmış və iddiaçı tərəfindən bir ünvan üzrə iki abonent koduna əsasən 611,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, o, **********000 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər edilmişdir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin Q.M.Əzizbəyov küçəsində yerləşən 18 saylı ev üzrə **********001 saylı abonent koduna dair cavabdeh tərəfindən üzərinə öhdəlik götürülməsinə dair müqavilə bağlansa da, həmin ünvan üzrə **********000 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən faktiki istifadə etdiyi suya görə **********000 saylı abonent kodu üzrə ödəniş aparıldığına görə ona eyni ünvan üzrə **********001 saylı abonent koduna görə pulun hesablanması əsassızdır. Məhkəmə qeyd edir ki, əks halda iddiaçı tərəfindən əsassız varlanma halı baş verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsaən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun tutulması” tələbi barədə iddiası təmin olunmasın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4641/2019
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4641/2019
20.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver