Məhkəmə qərarları › İş №2(010)-4676/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4676/2021

30.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4676/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı qaz sərfiyyatına görə tələb olunan 221.10 manatın silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun qeydiyyatda olduğu və yaşadığı ünvandakı evi “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən təbii qazla təmin edilir və istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Əvvəllər mənzilində G-4 markalı Smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Bir müddət sonra həmin qaz sayğacını Azəriqaz İB-nin əməkdaşları mexaniki sayğacla əvəzləşdirmək istəmişlər, lakin sayğac kartla işlədiyinə və qaz sərfiyyatını az, normaya uyğun yazdığı üçün sayğacın dəyişdirilməsinə razılıq verməmişdir. 15 aprel 2021-ci il tarixdə sayğacın istismar müddətinin keçməsi adı ilə Azəriqaz İB-nin əməkdaşları mənzilinə gələn qaz borusuna quraşdırılmış kartla işləyən sayğacı “Zenger G4T” markalı mexaniki sayğacla əvəz etmişlər. Sayğac dəyişdirilərkən əvvəlki sayğacın üzərində mexaniki təsirlər nəticəsində deformasiyaya uğrama və sair nasazlıqlar aşkar olunmamışdır. O, Azəriqaz İB-nin əməkdaşlarından tələb etmişdir ki, bununla bağlı akt tərtib etsinlər ki, sayğacı saz vəziyyətdə qəbul edirlər. Lakin onlar akt yazmaqdan yayınaraq sayğacda heç bir problem olmadığını bildirmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Azəriqaz İB-dən ona əvvəlki sayğacı ilə və artıq qaz sərfiyyatı ilə bağlı heç bir məlumat verilməmişdir. 29 iyul 2021-ci il tarixdə həmin birliyin əməkdaşları ona (iddiaçıya) bir neçə sənəd təqdim edərək əvvəlki Smart kart sayğacından istifadə zamanı 221,10 manat dəyəri ödənilməmiş qaz sərfiyyatına yol verdiyini bildirmişlər. Onların təqdim etdikləri 21.06.2021-ci il tarixli ******* nömrəli aktda qeyd olunmuşdur ki, 09.06.2021-ci il tarixdə laboratoriyada sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və çıxış plastmas borusu deşilmişdir. X3 əməkdaşları mənzilə gələn qaz borusuna quraşdırılmış “Smart-kart” tipli qaz sayğacı mexaniki sayğacla əvəzləşdirilən zaman sayğacda heç bir nasazlıq olmaması barədə akt tərtib edilməsindən imtina etmişlər, yalnız yeni quraşdırılmış sayğaca görə akt tərtib etmişlər. Həmin akt əsassız olduğundan ona əsassız borc hesablanmışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 216 manat tələb olunur. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 əməkdaşları tərəfindən tərtib olunmuş 21.06.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 30.06.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 21.06.2021-ci il tarixli ******* saylı akta əsasən cəmi 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X6 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçının tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 216 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. “Azəriqaz” X5 Akif Mirsəd oğlundan qaz sərfiyyatına görə tələb etdiyi 216 (iki yüz on altı) manat silinsin. İddia qalan hissədə təmin olunmasın. X2 dövlət rüsumuna görə 20 (iyirmi) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar