Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4687/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1961-ci ildə Gürcüstan Respublikası Saqareco rayonunda anadan olmuş Ərizəçi verilmiş X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokoluna əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 nömrəli sahə sovxozun işçisi X2 verilməsi barədə Qərarda yazılmış Məhəmməd adının Maxmad adı ilə eyni ad olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra Ərizəçi ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışa dair 30 dekabr 1991-ci il tarixli Protokolun Ərizəçi (1961-ci il 1 sentyabr) məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandırıldığı hallar.
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Gürcüstan Respublikası Saqareco rayonunda anadan olmuş və ali təhsillidir. 1988-1991-ci illərdə X3 Baş baytar həkim vəzifəsində işləmişdir. X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokoluna əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 nömrəli sahə sovxozun işçisi X2 verilməsi barədə Qərar qəbul etmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən ona ayrılmış 0.12 hektar torpaq sahəsinin üzərində 2010-cu ildə 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, qaz, su, işıq sayğacları onun adına rəsmiləşdirilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 nömrəli sahə sovxozun işçisi X2 verilməsi barədə Qərarda onun adı texniki səhv olaraq Məhəmməd yazılmışdır. Məhz bu səbəblərə görə o 1991-ci ildən onun istifadəsində olan torpaq sahəsinə və üzərində inşa elədiyi mənzilə reyestrdən çıxarış və texniki pasport ala bilmir. Hal-hazırda torpaq sahəsini ayıran Abşeron rayon XDS İcraiyyə Komitəsinin səlahiyyətləri Abşeron Rayon İcra Hakimiyyətinə verilmişdir. Ona arxiv arayışının verilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayonu Dövlət Arxivinə və ayrılmış torpaq sahəsinə və üzərində inşa elədiyi mənzilə reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayonu Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2025-ci il tarixli imtina məktubu göndərilmişdir. Ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsindəki ad ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarındakı adların eyni olması faktının müəyyən edildikdən sonra yenidən müraciət edə bilər. O 01.09.196 -ci ildə Gürcüstan Respublikası Saqareco rayonunda anadan olmuş, Ərizəçi doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, diplomunda, əmək kitabçasında həm də digər sənədlərdə, qaz, su, işıq sayğaclarının müqavilələrində adı Maxmad yazılmışdır. Hazırda onun xx.xx.1961-ci ildə Gürcüstan Respublikası Saqareco rayonunda anadan olmuş Ərizəçi aid sənədlərdə yazılmış Maxmad və Məhəmməd adlarının eyni ad olması faktının müəyyən edilməsinin, yəni adının torpaq sahəsi ayırma sənədində düzgün yazılmasının zərurəti yaranmışdır. Buna görə də o “Hüquqi faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
4. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, X3 Baş baytar həkim vəzifəsində işləmişdir. X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokoluna əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 nömrəli sahə sovxozun işçisi X2 verilməsi barədə Qərar qəbul edilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 nömrəli Qərarına əsasən ona ayrılmış 0.12 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Həmin Qərarda onun adı texniki səhv olaraq Məhəmməd kimi yazılmışdır. Məhz bu səbəbə görə o, 1991-ci ildən istifadəsində olan torpaq sahəsinə və üzərində inşa etdiyi fərdi yaşayış evinə reyestrdən çıxarış ala bilmir. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayonu Dövlət Arxivinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş lakin ona imtina məktubu göndərilmişdir. Odur ki, qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.
5. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri
6. Şahid1 öz ifadəsində göstərmişdir ki, Ərizəçi uşaqlıqdan bəri “Məhəmməd” kimi tanımışdır. Maxmad onun qonşuluğunda yaşayır və ərizəçinin istifadəsində olan 12 ha torpaq sahəsində bir evi vardır.
7. Şahid2 öz ifadəsində göstərmişdir ki, Məhəmmədi 2011-ci ildən bəri tanıyır. Onunla qonşudur. Hövsan Quşçuluq ünvanında yaşayırlar. Ərizəçinin böyük həyatyanı sahəsi vardır.
İş materialları.
8. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur.
9. X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokolunun təsdiq edilmiş surətinə əsasən “1. Fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması barədə: Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126№-li qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 №-li sahə sovxozun işçisi X2 verilməsi” gündəlik məsələdir.
10. İİİ- ЖГ seriyalı 323764 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə Həsənova Aybəniz Şahid qızı xx.xx.1983-ci il tarixdə 541 nömrəli qeydi ilə nikahlarını bağlamışlar.
11. 2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, müraciətinə cavab olaraq, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 126 saylı qərarı ilə X3 işləyən hər ailəyə 0,12 hektar fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır, lakin qərara adlı siyahı əlavə edilmədiyindən vətəndaş X1 adının araşdırılması mümkün olmamışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, müraciətlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsi ilə bağlı sovxoz direktorunun əmri, əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan başqa, ərizəni və şəxsiyyəti təsdiq edən sənədə əsasən adı “Maxmad” olsa da, təqdim olunmuş xx.xx.1991-ci il tarixli protokolda hüquq sahibinin adı “Məhəmməd” qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
13. Saqareco VVAQ Şöbəsi tərəfindən verilmiş Doğum haqqında müvəqqəti şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuş, atası Musa Alı oğlu və anası Ayətxanım Vəli qızı olmuşdur.
İşin faktiki halları.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokoluna əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126№-li qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 №-li sahə sovxozun işçisi X2 verilmişdir. Ərizəçi torpaq sahəsinə və üzərində inşa elədiyi fərdi yaşayış evinə reyestrdən çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, bununla bağlı ona xx.xx.2025-ci il tarixdə imtina məktubu göndərilmişdir. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışa dair 30 dekabr 1991-ci il tarixli Protokolun Ərizəçi(1961-ci il 1 sentyabr) məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı. 1.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7. hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışın 30 dekabr 1991-ci il tarixli Protokoluna əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126№-li qərarına əsasən sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0.12 hektar olmaqla 10 №-li sahə sovxozun işçisi X2 verilmişdir. Ərizəçi torpaq sahəsinə və üzərində inşa elədiyi fərdi yaşayış evinə reyestrdən çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, bununla bağlı ona xx.xx.2025-ci il tarixdə imtina məktubu göndərilmişdir. Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışa əsasən X2 fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması barədə 30 dekabr 1991-ci il tarixli Protokolun xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X5 X4 və Həmkarlar təşkilatının birgə iclasının qərarından çıxarışa əsasən X2 fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması barədə 30 dekabr 1991-ci il tarixli Protokolun xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova