Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4693/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov və İ.Məmmədov küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus, lakin mərhum atası X1 adına 11/834 abonent kodu ilə qeydiyyatda olan mağazaya dair cavabdeh təşkilat tərəfindən hesablanmış 2129 manat 93 qəpik məbləğində əsassız borcun ləğv edilərək silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş iddia ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı (VÖEN: **********) tələbi sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik enerjisindən istifadədən irəli gələn kommersiya mübahisəsidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə hüquqi şəxs olduğu üçün işə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən, AR MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunur ki, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4693/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4693/2022
22.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver