Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4735/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs X*0 və X4 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi. Natəvan küçəsində yerləşən 5 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport’un *4 iyul *986-cı ildə ölmüş Axyə Xocabəy qızına məxsus olması faktının müəyyən müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Axyə Xocabəy qızı onun nənəsi, yəni atası İslam Əli oğlunun anasıdır. Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natəvan küçəsində yerləşən 5 saylı ev X8na məxsus olmuşdur. O ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. X8 *4 iyul *986-cı ildə ölmüş, atası həmin evi fakitiki olaraq miras qismində qəbul etmiş, atası İslam Əli oğlu isə 05 yanvar 2002-ci ildə ölmüş, bundan sonra isə mirasın atasına aid hissəsi onlara keçmişdir. Qeyd edir ki, miras evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş, həmin pasportda nənəsinin adı səhv göstərilmişdir. Onlar bu sənəddə olan səhvə heç bir zaman diqqət yetirməmiş, lakin qeyd edilən əmlaka dair vərəsəlik işi açılan zaman bu səhv barədə məlumatları olmuşdur. Belə ki, nənəsinə məxsus əmlakı faktiki olaraq miras kimi qəbul etmiş, lakin həmin əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat orqanına ərizə verdikdə isə Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusu 07 sentyabr 2022-ci il tarixli Notariat əməliyyatının aparılmasından imtina edilməsi barədə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, mərhumun ölüm haqqında şəhadətnaməsində “Axyə Xocabəy qızı”, dövlət arxivindən 23 may 2022-ci ildə verilmiş arxiv arayışında oğlu İslamın ana qrafasında “X*8”, ** mart 2022-ci ildə verilmiş arxiv arayışında oğlu Əlibalanın ana qrafasında “Ahya Xocabəy qızı" yazılmışdır. X9 olması nənəsinin AZ-İİ seriyalı **8384 nömrəli Ölüm haqqında Şəhadətnaməsi ilə öz təsdiqni tapır. Belə olduqda isə adının səhv göstərildiyi Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsi Natəvan küçəsində yerləşən 5 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport'un məhz Axyə Xocabəy qızına məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, Ərizəçi həyat yoldaşıdır. Yoldaşının nənəsinə məxsus olan sənəddə onun ata adı ilə bağlı müəyyən səhvlik olduğu üçün həmin evə şəhadətnamə alınması ilə bağlı müəyyən problemlər yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəçi ilə eyniməzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X*0 bildirdi ki, Axyə Xocabəy qızı onun nənəsidir. Evə dair sənəddə onun adında səhvlik olduğu üçün həmin evin qardaşı Azadın adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında maraqlı şəxs X** da həmçinin qeyd etdi ki, Axyə Xocabəy qızı onun nənəsi, Azad isə qardaşıdır. Nənəsinin adı ilə bağlı sənəddə problem yarandığı üçün evi qardaşının adına rəsmiləşdirmək mümkün olmamışdır. Maraqlı şəxs Bakı şəhəri *0 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Natəvan küçəsində yerləşən 5 saylı ev “Ахия Наджавек” qızına məxsusdur. - AZ-İİ **8384 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Axyə Xocabəy qızı *4.07.*986-cı il tarixdə “qan damar pozğunluğu” səbəbindən vəfat etmişdir. - *6.08.2022-ci il tarixli, arayışın surətindən görünür ki, Axyə Xocabəy qızı, həqiqətən də, *7.02.*933-cü il tarixdən vəfat edənədək (*4.07.*986-cı il), ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Mərhumun övladları – Umleyla Hüseyn qızı, Mərcan Əli qızı, Xanımana Əli qızı, İslam Əli oğlu və Əlibala Əli oğlu olmuşdur. - İş materiallarına əlavə edilmiş və Bakı şəhəri *0 saylı Notariat Ofisinə ünvanlanmış ərizələrin surətindən görünür ki, Axyə Xocabəy qızının oğlu Əlibala Əli oğlu, gəlini Şəfiqə Şahrza qızı, nəvəsi X5, nəvəsi X*, nəvəsi X*0, nəvəsi X** və nəvəsi Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Natəvan küçəsində yerləşən 5 saylı evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. - Bakı şəhəri *0 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 4*4 nömrəli “notariat əməliyyatının aparılmasından imtina edilməsi” barədə Qərarından görünür ki, miras qoyanın ata adında ziddiyyət olduğu üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mərhumun ölüm haqqında şəhadətnaməsində “Axyə Xocabəy qızı”, dövlət arxivindən 23 may 2022-ci ildə verilmiş arxiv arayışında oğlu İslamın ana qrafasında “X*8”, ** mart 2022-ci ildə verilmiş arxiv arayışında oğlu Əlibalanın ana qrafasında “Ahya Xocabəy qızı" və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” da isə “Ахия Наджавек” qızı olaraq qeyd edilmişdir. - **.03.2022-ci il tarixli Arxiv arayışının surətindən görünür ki, “AR Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında *8 may *93*-ci ildə doğulan İslam Əli oğlunun atası Əli Mövləli oğlu, anası Ahya Qocabəy qızı olaraq qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli Arxiv arayışının surətindən görünür ki, “AR Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 03 may *936-cı ildə doğulan Əlibala Əli oğlunun atası Əli Mövləli oğlu, anası Ahya Xocabəy qızı olaraq qeyd edilmişdir. - AZ № *43*57 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, İslam Əli oğlu 23.0*.2022-cı il tarixdə “kəskin beyin qan dövranı pozğunluğu” səbəbindən vəfat etmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Axyə Xocabey qızı onun nənəsi, Azad isə qardaşıdır. Həmin evin nənəsinə məxsus olduğunu göstərən passportda onun ata adı kiril əlifbası ilə səhv olaraq qeyd edilmişdir, bu səbəbdən də qardaşı həmin evi öz adıına rəsiləşdirməkdə çətinlik çəkir. - Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Axyə Xocabey qızı onun nənəsi, Azad isə onun dayısı oğludur. Nənəsinin adı müəyyən sənədlərdə fərqli yazılaraq səhv qeyd olunmuşdur. Bu səbəbdən evin sənədləşdirilməsi ilə bağlı çətinliklər yaranmışdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin ərizənin məzmunu ilə bağlı 3*0.*-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.2.-ci bəndinə görə Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilən maddi hüquq normaları baxımından əsaslıdır. Məhkəmə qəbul edir ki, hüquqmüəyyənedici sənəddə şəxsin ata adının Xocabəy əvəzinə Наджавек kimi qeyd edilməsi texniki səhv olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natəvan küçəsində yerləşən 5 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Passport"un *4 iyul *986-cı il tarixdə vəfat etmiş Axyə Xocabəy qızına məxsus olması faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4735/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4735/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver