Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4792/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 10 saylı dövlət notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 10 saylı dövlət notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 03.11.2018-ci il tarixdə ölmüş Abbasov Əli soltan oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı rayonu 10 saylı dövlət notariat kontoruna öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının vərəsəlik haqqında şəhadətnamə əldə etdiyini, bu səbəbdən işə baxılmasına zərurət qalmadığını bildirərək məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər X2 və Cavabdeh2 iddia ərizəsinin geri qaytarılmasına heç bir etiraz etmədiklərini bildirdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 10 saylı dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə hazırlıq iclasının həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə cavabdehləri dinləyib, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, həmin maddəyə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmədiyindən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti nəzərə alınmalı, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi nəzərə alınaraq, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 170, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 10 saylı dövlət notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4792/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4792/2021
24.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver